qeyri-kommersiya təşkilatlarının son istehlakı onların həmin təsər
rüfatların üzvlərinə göstərdikləri pulsuz xidmətlərin dəyəri ilə ölçülür.
Yuxarıda qeyd olunduğu kimi, qənaət sərəncamda qalan gəlirin çox
mühüm tərkib hissələrindən biridir. Sərəncamda qalan gəlirdən son
istehlaka sərf olunan xərclər çıxıldıqdan sonra yerdə qalan hissə
qənaət adlanır. Deməli, qənaətlə nağd pulun və depozitlərin, habelə digər maliy
yə aktivlərinin artımını bir-birindən fərqləndirmək lazımdır. Qənaət ma
liyyələşdirmə və investisiyaların əsas mənbəyidir. Burada başlıca analitik
göstərici qənaətin sərəncamda qalan gəlirə nisbəti kimi hesablanan qənaət
normasıdır. Təcrübə göstərir ki,
qənaət norması 5%-lə 20% arasında dəyişir. Statistikanın ən mühüm vəzifələrindən biri də qənaət normasını
306 müəyyən edən amilləri öyrənməkdən ibarətdir. Belə amillərə bank faizi
norması, istehlak kreditinin verilməsi şərtləri, maliyyə “alətləri”nə qoyu
lan investisiyaların gəlirliliyi, sərəncamda qalan gəlirin ümumi məbləği
və s. misal ola bilər.
Lakin təkrar bölgü yalnız pul formasında deyil, həm də pulsuz sosial-
mədəni xidmətlərin (səhiyyə, təhsil və mədəniyyət sahəsində pulsuz
xidmətlər) köməyilə həyata keçirilir. MHS-nin 1993-cü il variantında buna
xarakteristika vermək üçün
natura formasında sosial transfertlər nə
zərdə tutulmuşdur. Bu transfertlər ev təsərrüfatlarına iki mənbədən daxil
olur: 1) dövləti idarəetmə orqanlarından; 2) ev təsərrüfatlarına xidmət edən
qeyri-kommersiya təşkilatlarından.
Sərəncamda qalan gəlirin və natura formasında alınmış (verilmiş)
sosial transfertlərin cəmi bölmənin təshih olunmuş
sərəncamda qalan gəlirini əmələ gətirir. Təshih olunmuş sərəncamda qalan gəlir də öz növ
bəsində faktiki son istehlaka və qənaətə bölünür. Beləliklə, MHS-də son
istehlak haqqında iki konsepsiya arasında fərq qoyulur. Bu konsepsiya
lardan biri son istehlak xərcləri konsepsiyası, digəri isə faktiki son
istehlak konsepsiyasıdır. Bu qruplaşdırma son istehlakı maliyyələşdirən
vahidlərlə bu xərclərdən fayda götürən vahidlər arasında fərqlə əlaqədar
dır. Məsələn, pulsuz sosial-mədəni xidmətlər dövləti idarəetmə orqanları
tərəfindən həyata keçirilir, faydanı isə ev təsərrüfatları götürür. Ev təsər
rüfatlarının faktiki son istehlakı onların son istehlak xərclərindən natura
ifadəsində sosial xərclər qədər çoxdur. Bunu belə də ifadə etmək olar: ev
təsərrüfatlarının faktiki son istehlakı onların son istehlak xərclərindən
dövlət idarələrinin və qeyri-kommersiya təşkilatlarının əhaliyə göstər
dikləri pulsuz xidmətlərin kəmiyyəti qədər çoxdur. Digər tərəfdən, dövləti
idarəetmə orqanlarının təshih olunmuş sərəncamda qalan gəliri onların
sərəncamında qalan gəlirindən natura formasında ödənilmiş sosial
transfertlərin kəmiyyəti qədər azdır.
Təshih olunmuş sərəncamda qalan gəlir kateqoriyası iqtisadi islahat
lar dövründə bölgü prosesində və iqtisadiyyatda aparılan struktur dəyişik
liklərini təhlil etmək üçün olduqca vacibdir. Məsələn, vaxtilə əhaliyə
pulsuz xidmət göstərən sosial-mədəni obyektlər bazar münasibətləri şə
raitində pullu xidmət göstərməyə keçdiklərinə görə vəziyyət dəyişmişdir.
Aydın məsələdir ki, belə bir şəraitdə əhali gəlirlərinin bir hissəsi bu
məqsədlərə sərf edilməlidir.