qayda olaraq reallaşdırılmış və reallaşdırılmamış hazır məhsul ehtiyatla
rının artımı haqqında məlumatlardan istifadə olunması zəruriliyi meydana
çıxır. Məhsulların dəyərindəki hər iki ünsürə holdinq mənfəəti daxil ola
bilər və bunlar dəyərdən çıxılmalıdır. Bununla əlaqədar olaraq MHS-nin
1993-cü il variantında
ümumi buraxılışın dəyərini
hesablamaq üçün
aşağıdakı düsturdan istifadə edilməsi təklif olunur:
P = R + L - M,
Burada: P - ümumi buraxılışın dəyəri; R - reallaşdırılmış məhsulların
dəyəri; L - ehtiyat üçün ayrılmış məhsulların dəyəri (məhsullar ehtiyat
üçün ayrıldığı anda mövcud olan qiymətlərlə); M - ehtiyatdan götürül
müş (çıxarılmış) məhsulların dəyəri (məhsullar ehtiyatdan götürüldüyü
anda mövcud olan qiymətlərlə) deməkdir.
Bu düstur məhsulların dəyərinin holdinq mənfəəti nəzərə alınma
dan hesablanmasına imkan verir.
Bunu yuxarıda gətirdiyimiz misal-
dakı rəqəmlərdən istifadə etməklə nümayiş etdirək:
400 (P) = 700 (R) + 400 (L) - 700 (M)
Holdinq mənfəəti nəzərə alınmadan ümumi buraxılışın müəyyən edil
məsi bir sıra göstəricilərin hesablanmasına imkan verir. Məlum olduğu
kimi, Azərbaycan və MDB-nin bir sıra ölkələrində holdinq mənfəəti qiy
mətli kağızların alqı-satqısı ilə məşğul olan müxtəlif maliyyə institutları
tərəfindən mənimsənilir. Belə ki, onlar qiymətli kağızları nisbətən aşağı
qiymətlə satın almaqla sonradan onları yüksək qiymətlə reallaşdırır və
holdinq mənfəəti əldə edirlər ki, bunu da inflyasiyanın nəticəsi kimi
qiymətləndirmək olar.
Qeyd etmək lazımdır ki, satın alınan xammal və materialların qiymət
ləri, onlardan istehsal prosesində istifadə olunan dövrdəki qiymətlərdən
ucuz olduqda da holdinq mənfəəti əmələ gələ bilər. Məsələn, 1990-cı
illərin əvvəllərində, qiymətlər liberallaşdırıldığı dövrdə müəssisələr ucuz
qiymətlərlə böyük həcmdə xammal və material ehtiyatı yaratmış və
bunlardan qiymətlər bir neçə dəfə bahalandıqda istifadə etmişlər. Bunun
nəticəsində bu müəssisələr qiymətlərdəki fərqin hesabına əlavə gəlir əldə
etmişlər və
Dostları ilə paylaş: