Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə183/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   179   180   181   182   183   184   185   186   ...   262
2-ci movzu demoqrafiya

ex-
ante, 
ikincisini isə 
ex-post 
ilə işarə edir. C.Hiks in fikrincə bir çox məq­
sədlər üçün birinci konsepsiyaya üstünlük vermək lazımdır. Çünki 
təsərrüfat subyektlərinin davranışlarını birinci konsepsiya daha yaxşı 
nümayiş etdirir. C.Hiksə görə onu müəyyən etmək üçün ex-post kateqo­
riyasından nəzərdə tutulmamış, təsadüf nəticəsində əmələ gələn daxil­
olmaları, xüsusilə də inflyasiyanın təsiri ilə aktivlərin dəyərinin artımını 
çıxmaq lazımdır.
Beləliklə, 
C.Hiksin gəlirlərə dair formalaşdırdığı konsepsiyaya
əsasən aşağıdakı nəticələri çıxarmaq olar:
Birincisi, 
daxil olan hər cür pulun gəlir hesab olunması düzgün deyil­
dir. Çünki əldə edilmiş vəsaitin bir hissəsi sərf olunmuş istehsal vasitə­
lərinin satın alınması ilə əlaqədar xərclərin ödənilməsinə yönəldilməlidir. 
Yaxud da hər hansı bir şəxs özünün mülkiyyətində olan evini (mənzilini) 
satmış, əldə etdiyi pulu banka qoymuşdursa və faiz məbləği hesabına 
yaşayırsa, evin (mənzilin) satışından əldə olunan vəsaiti gəlir hesab etmək 
olmaz. Çünki bu əməliyyat nəticəsində sadəcə olaraq aktivlərin forması 
dəyişir. Başqa sözlə, həmin şəxs maddi formada olan aktivini (mənzilini) 
maliyyə aktivi ilə əvəz etmişdir. Lakin mənzilin satışından əldə edilən və 
banka qoyulan vəsaitə görə alman faiz məbləğini gəlirə aid etmək lazım­
dır. Evini (mənzilini) satan şəxs əldə etdiyi vəsaitin bir hissəsini istehlak 
malları və xidmətlərin satm alınmasına sərf etdikdə də gəlirlərdə heç bir 
dəyişiklik baş vermir və bu səbəbdən də gəlirlərdə dəyişiklik olduğunu 
demək düzgün deyildir. C.Hiksin konsepsiyasına görə bu zaman həmin 
istehlak xərclərini qeydiyyata almaq və qənaəti bir o qədər azaltmaq 
lazımdır. Bu zaman gəlirin ümumi kəmiyyəti sıfıra bərabər olur. Gətirdi­
yimiz bu misalda istehlak malları və xidmətlərinin satm alınmasına sərf 
olunan xərclər keçmiş dövrlərdə əldə edilmiş qənaət hesabına maliyyələş­
dirilmişdir. İstehlak xərcləri borc və kreditlər hesabına da maliyyələş­
dirilə bilər. Belə olduqda da istehlak üçün sərf olunan xərcləri gəlir kimi 
nəzərdən keçirmək olmaz. Çünki bu zaman da həmin xərclər əvvəlki 
dövrlərdən qalmış qənaət hesabına maliyyələşdirilir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin