ex- ante, ikincisini isə
ex-post ilə işarə edir. C.Hiks in fikrincə bir çox məq
sədlər üçün birinci konsepsiyaya üstünlük vermək lazımdır. Çünki
təsərrüfat subyektlərinin davranışlarını birinci konsepsiya daha yaxşı
nümayiş etdirir. C.Hiksə görə onu müəyyən etmək üçün ex-post kateqo
riyasından nəzərdə tutulmamış, təsadüf nəticəsində əmələ gələn daxil
olmaları, xüsusilə də inflyasiyanın təsiri ilə aktivlərin dəyərinin artımını
çıxmaq lazımdır.
Beləliklə,
C.Hiksin gəlirlərə dair formalaşdırdığı konsepsiyaya əsasən aşağıdakı nəticələri çıxarmaq olar: Birincisi, daxil olan hər cür pulun gəlir hesab olunması düzgün deyil
dir. Çünki əldə edilmiş vəsaitin bir hissəsi sərf olunmuş istehsal vasitə
lərinin satın alınması ilə əlaqədar xərclərin ödənilməsinə yönəldilməlidir.
Yaxud da hər hansı bir şəxs özünün mülkiyyətində olan evini (mənzilini)
satmış, əldə etdiyi pulu banka qoymuşdursa və faiz məbləği hesabına
yaşayırsa, evin (mənzilin) satışından əldə olunan vəsaiti gəlir hesab etmək
olmaz. Çünki bu əməliyyat nəticəsində sadəcə olaraq aktivlərin forması
dəyişir. Başqa sözlə, həmin şəxs maddi formada olan aktivini (mənzilini)
maliyyə aktivi ilə əvəz etmişdir. Lakin mənzilin satışından əldə edilən və
banka qoyulan vəsaitə görə alman faiz məbləğini gəlirə aid etmək lazım
dır. Evini (mənzilini) satan şəxs əldə etdiyi vəsaitin bir hissəsini istehlak
malları və xidmətlərin satm alınmasına sərf etdikdə də gəlirlərdə heç bir
dəyişiklik baş vermir və bu səbəbdən də gəlirlərdə dəyişiklik olduğunu
demək düzgün deyildir. C.Hiksin konsepsiyasına görə bu zaman həmin
istehlak xərclərini qeydiyyata almaq və qənaəti bir o qədər azaltmaq
lazımdır. Bu zaman gəlirin ümumi kəmiyyəti sıfıra bərabər olur. Gətirdi
yimiz bu misalda istehlak malları və xidmətlərinin satm alınmasına sərf
olunan xərclər keçmiş dövrlərdə əldə edilmiş qənaət hesabına maliyyələş
dirilmişdir. İstehlak xərcləri borc və kreditlər hesabına da maliyyələş
dirilə bilər. Belə olduqda da istehlak üçün sərf olunan xərcləri gəlir kimi
nəzərdən keçirmək olmaz. Çünki bu zaman da həmin xərclər əvvəlki
dövrlərdən qalmış qənaət hesabına maliyyələşdirilir.