Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə180/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   176   177   178   179   180   181   182   183   ...   262
2-ci movzu demoqrafiya

298
X FƏSİL
MİLLİ HESABLAR SİSTEMİNDƏ ƏSAS GƏLİR
GÖSTƏRİCİLƏRİ
10.1. Milli hesablar sistemində əsas gəlir göstəriciləri statistikasının
vəzifələri
Sosial-iqtisadi statistikanın əsas vəzifələrindən biri də gəlirlərin for­
malaşması və bölüşdürülməsini öyrənməkdir. Bu, iqtisadiyyatın ümumi 
vəziyyətinin və əhalinin həyat səviyyəsinin təhlil edilməsi, dövlətin sosial 
siyasətinin işlənib hazırlanması, ayrı-ayrı əhali qruplarının sosial müda­
fiəsini təşkil etmək məqsədilə konkret tədbirlərin həyata keçirilməsi üçün 
lazımdır. Gəlirlərdən, həmçinin vergi dərəcələri işlənib hazırlanarkən 
m üxtəlif əhali qruplarını bir-birindən fərqləndirmək üçün istifadə edilə 
bilər. Nəhayət əhalinin gəlirləri haqqında sistemləşdirilmiş məlumatlar­
dan daxili ehtiyatların səfərbərliyə alınması yolu ilə investisiya proses­
lərinin genişləndirilməsi imkanlarının qiymətləndirilməsi üçün istifadə 
oluna bilər.
Statistikanın məlumatlarından göstərilən məqsədlər üçün istifadə edilə 
bilməsi üçün, gəlirlər siyasi-iqtisadi xarakterli ciddi konsepsiya sisteminə 
əsaslanmalıdır. Bu məlumatlar iqtisadi proseslərin qarışıq cəhətlərini 
səciyyələndirən digər göstəricilərlə (məsələn, istehsal, yaxud da maliyyə 
resurslarının hərəkəti göstəriciləri ilə) uzlaşdırılmalıdır.
Qeyd etmək lazımdır ki, MHS göstəricilərinin hesablanması üçün 
əsas götürülən gəlirlər haqqında makroiqtisadi konsepsiyalar onların 
mühasibat uçotunda müəyyən edilmiş qaydasına uyğun gəlmir.45 Bu, 
onunla əlaqədardır ki, mühasibat uçotunun gəlirlərə aid müddəaları fıskal 
vəzifələrin həll edilməsinə yönəldilmişdir. Başqa sözlə, burada məqsəd 
gəlirlərin vergiyə cəlb olunmasını müəyyən etməkdən ibarətdir. Bununla 
əlaqədar olaraq gəlirlərin mikro və makro səviyyədə müəyyən edilməsi­
nin zəruriliyi meydana çıxır. Həm mikro, həm də makroiqtisadi səviyyədə 
iqtisadi təhlil böyük maraq doğurur. Buna görə də onların arasındakı 
qarşılıqlı əlaqələr təfərrüatı ilə təhlil edilməli və bunlar bir-birini tamam­
lamalıdır. 
Gəlirlər statistikasının vəzifələri məhz bunlarla müəyyən 
edilir. Bunlarla yanaşı, gəlirlər statistikasının yerinə yetirdiyi vəzifələri 
aşağıdakı kimi konkretləşdirmək olar. Gəlirlər statistikası:
- əsas qiymətlərlə ümumi əlavə dəyəri hesablayır;
45 Bəzi gəlir göstəriciləri “Milli hesablar sistemi” mövzusunda nəzərdən keçirilmişdir.
299


- gəlirlərin hansı məqsədlər üçün istifadə olunduğunu müəyyən edir;
- gəlirlərin ilkin bölgüsü qaydalarını müəyyən edir və onu həyata keçi­
rir;
- sərəncamda qalan ümumi milli gəliri hesablayır və ondan istifadə 
olunmasının təhlilini aparır;
- müxtəlif növ gəlirlər haqqında lazımi məlumatları toplayır, işləyir və 
təhlil edir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin