Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


RÜM il, rüb və ay üzrə hesablanır



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə178/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   174   175   176   177   178   179   180   181   ...   262
2-ci movzu demoqrafiya

RÜM il, rüb və ay üzrə hesablanır.
RÜM-ün illər və rüblər üzrə hesablanması metodologiyası bir-birinə 
bənzəyir. Aylıq hesablamalar operativ xarakter daşıyır və regionun 
ümumi iqtisadi inkişaf meyilinin müəyyən edilməsi üçün nəzərdə tutul­
muşdur. Vahid hesabat forması əsasında regional səviyyədə aşağıdakı 
sahələr üzrə ümumi əlavə dəyər hesablanır: a) sənaye müəssisələri; b) 
kənd təsərrüfatı; c) səhiyyə, fiziki tərbiyə və idman, sosial təminat, təhsil, 
mədəniyyət və incəsənət, idarəetmə; d) əhaliyə göstərilən qeyri-istehsal, 
məişət xidməti növləri; e) bazarın fəaliyyət göstərməsinin təmin olunması 
üçün ümumi kommersiya fəaliyyəti; j) yeraltı sərvətlərin geologiyası və 
kəşfiyyatı; z) informasiya hesablama xidməti. Sonra bu məlumatlar 
əmsalların köməyilə müvafiq sahəni (korporasiyalara daxil olmayan 
müəssisələr və ev təsərrüfatları da daxil olmaqla) tam əhatə etmə 
dərəcəsinə çatdırılır.
Hazırda RÜM göstəricisi ilə yanaşı, regionun ərazisində ev təsərrü­
fatlarının faktiki son istehlakı və əsas kapitalın ümumi yığımı göstəriciləri 
də hesablanır.
Nəticə
- Ölkənin iqtisadi vəziyyətinə qiymət verərkən kompleks göstəricilər 
sistemindən istifadə olunur. Bunların içərisində ümumi daxili məhsul 
xüsusi yer tutur;
- ölkənin iqtisadi ərazisi onun coğrafi ərazisindən fərqlənir. MHS-də 
ölkənin iqtisadi ərazisinin “sərhədləri” müəyyənləşdirilmişdir,
-M H S-də istifadə olunan ÜDM, XDM, ÜMG və XMG göstəriciləri 
arasında qarşılıqlı əlaqə və asılılıqlar vardır;
295


-üm um i daxili məhsul aşağıdakı metodlarla hesablanır: a) istehsal 
metodu; b) son istifadə metodu; c) bölgü metodu;
-üm um i buraxılışın üç növü vardır: a) bazar üçün ümumi məhsul 
buraxılışı; b) özünün son istifadəsi (istehlakı) üçün istehsal olunan məh­
sullar; c) digər qeyri-bazar məhsulları;
-A ralıq istehlak digər əmtəə və xidmətlərin istehsalı prosesində 
həmin dövrdə istehlak olunmuş əmtəələrin və göstərilmiş bazar 
xidmətlərinin dəyəri deməkdir;
-Ü D M son istifadə metodu ilə aşağıdakıların cəmi kimi müəyyən 
edilir: a) əmtəə və xidmətlərin son istehlak xərcləri; b) ümumi yığım; c) 
əmtəə və xidmətlərin ixrac-idxal qalığı;
- əsas kapitalın ümumi yığımının tərkib hissələrinin qiymətləndiril­
məsində müxtəlif qiymətlərdən istifadə edilir;
-Ü D M bölgü metodu ilə hesablandıqda aşağıdakılar cəmlənir: a) 
muzdlu işçilərin əməyinin ödənilməsi; b) istehsala və idxala görə alman 
xalis vergilər (bu məqsəd üçün verilən subsidiyalar çıxılmaqla); c) ümumi 
mənfəət və ümumi qarışıq gəlirlər;
- ÜDM-in hesablanmasında istifadə edilən bölgü metodu əsas metod 
deyildir. Çünki onun təkmilləşdirilməsinə ehtiyac vardır. Bu səbəbdən də 
bölgü metodu bir o qədər geniş yayılmamışdır;
- müxtəlif hesablamaları aparmaq üçün ÜDM əsas, sabit, cari və bazar 
qiymətləri ilə qiymətləndirilir;
- ÜDM-in fiziki həcminin və qiymətlərin dinamikasının hesablan­
masında indeks metodundan geniş istifadə olunur. Bunların içərisində 
ÜDM-in fiziki həcmi və defiyatoru indeksləri xüsusi yer tutur. Paaşe və 
Laspeyres indeksləri də hesablanır;
- MHS metodologiyasına uyğun olaraq hər beş ildə bir dəfə müqayisə 
üçün əsas götürülən il dəyişdirilməlidir. Çünki daha uzun dövr ərzində 
ÜDM-in strukturunda və qiymətlərdə çox böyük dəyişikliklər baş verir;
-Ü m um i daxili məhsulu sabit qiymətlərlə qiymətləndirmək üçün 
müxtəlif metodlardan istifadə edilir;
- ümumi daxili məhsulu hesablayarkən nəzarət edilməyən iqtisadiy­
yatın qiymətləndirilməsi də olduqca vacibdir. Çünki bu iqtisadiyyat bir 
sıra göstəricilərin təhrif olunmasına səbəb olur;
- İqtisadi statistikada nəzarət olunmayan fəaliyyət növlərinin tərkibi 
də konkretləşdirilir;
-nəzarət edilməyən iqtisadiyyatı qiymətləndirmək üçün müxtəlif 
metodlardan istifadə olunur;
296
- nəzarət edilməyən iqtisadiyyatla əlaqədar ayrı-ayrı ölkələrdə 
müxtəlif metodlardan istifadə edilir;
- regional daxili məhsul müxtəlif metodların köməyilə hesablanır;
- regional hesablar da tərtib olunur. Onların əsasını regionların rezi­
dentləri olan iqtisadi vahidlərin apardıqları əməliyyatlar təşkil edir.
- RÜM il, rüb və ay üzrə hesablanır. Bununla yanaşı, hazırda regionun 
ərazisində ev təsərrüfatlarının faktiki son istehlakı və əsas kapitalın 
ümumi yığımı göstəriciləri də müəyyən olunur.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin