buna MHS-də holdinq mənfəəti deyilir. MHS-də müəyyən
olunmuş qaydaya uyğun olaraq bu mənfəət əlavə gəlirdən və yaradılmış
gəlirlərdən çıxılmalıdır.
Belə bir cəhəti də qeyd etmək lazımdır ki, C.Hiks konsepsiyası xalis
gəlir müəyyən edilərkən istehlak olunan əsas kapitalın mühasibat uçotun
da olduğu kimi ilk dəyərlə deyil, bərpa dəyəri ilə qiymətləndirilməsini
tələb edir.
304 10.3. Milli Hesablar Sistemində gəlir göstəriciləri MHS-nin 1993-cü il variantında C.Hiksin ümumi konsepsiyasına əsas
lanan gəlir göstəriciləri sistemi nəzərdə tutulmuşdur. Bu sistemə aşağı
dakı göstəricilər daxildir:
1) ilkin gəlirlər;
2) pul formasında cari transfertlər;
3) sərəncamda qalan gəlirlər;
4) natura formasında sosial transfertlər;
5) təshih olunmuş sərəncamda qalan gəlirlər;
6) milli gəlir;
7) sərəncamda qalan milli gəlir.
İlkin gəlirlər əlavə dəyərin ilkin bölgüsü nəticəsində təsərrüfat sub
yektlərinin əldə etdikləri gəlirlərdir və onlar aşağıdakılardan ibarətdir: a)
əməyin ödənilməsi; b) mənfəət; c) qarışıq gəlirlər; d) mülkiyyətdən əldə
edilən gəlirlər; e) istehsala və idxala qoyulan vergilər. Lakin istehsalatda
istifadə edilməyən əmlaka görə ödənilən vergilər və təsərrüfat subyektləri
tərəfindən dövləti idarəetmə orqanlarına ödənilən vergilər (məsələn,
mənfəət vergisi, ev təsərrüfatlarının ödədikləri ümumi gəlir vergisi və i.
a.) ilkin gəlir kimi deyil, cari transfertlər, başqa sözlə, təkrar bölgü
xarakterli tədiyələr kimi nəzərdən keçirilir.
Mülkiyyətdən əldə edilən gəlirlər müvəqqəti və əvəzsiz olaraq verilən
maliyyə aktivləri (məsələn, ssuda) və istehsalın məhsulu olmayan maddi
qeyri-maliyyə aktivləri (məsələn, torpaq) əhatə edir. Bunlar faiz məbləğ
ləri, dividend, torpaqdan və istehsalın məhsulu olmayan digər maddi
aktivlərdən istifadəyə görə renta, birbaşa yeni xarici investisiyalardan və
sığorta şirkətləri ehtiyatlarının investisiya qoyuluşuna yönəldilməsi nəti
cəsində əldə edilən gəlirlər və şairələrdir. Ölkənin təsərrüfat subyektlərinə
(rezidentlərinə) ilkin gəlirlər həmin ölkədə və digər ölkələrdə yaradılan
əlavə dəyərlərdən daxil olur. Digər tərəfdən ölkədə yaradılan əlavə də
yərin bir hissəsi həmin ölkədə ÜDM-in istehsalında iştirak etdiklərinə
görə qeyri-rezidentlərə (əsas etibarilə əməyin ödənilməsi və mülkiyyət
dən əldə edilən gəlir formasında) ödənilir.
Pul formasında cari transfertlər gəlirlərə və əmlaka görə aparılan
təkrar bölgü tədiyələri və cari daxilolmalardan, dövlət büdcəsindən sosial
ehtiyaclara ödəmələrdən, sığorta mükafatları və sığorta ayırmalarından və
s. ibarətdir.