Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Bu isə istər-istəməz əhalinin həyat səviy­



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə189/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   185   186   187   188   189   190   191   192   ...   262
2-ci movzu demoqrafiya

Bu isə istər-istəməz əhalinin həyat səviy­
yəsinə təsir göstərəcəkdir. 
Başqa sözlə, əhalinin pul gəlirləri bu və ya 
digər dövrdə real ifadədə artsa da, pulsuz verilən əmtəə və xidmətlərin 
xüsusi çəkisinin kəskin surətdə azalması onun istifadə etdiyi istehlak
307


malları və xidmətlərin ümumi həcminin azalmasma səbəb ola bilər. Başqa 
sözlə, bazar münasibətləri şəraitində real pul gəlirlərinin dinamikası 
təshih olunmuş sərəncamda qalan gəlirlərin dinamikasından əhəmiyyətli 
dərəcədə kənarlaşır. Istehlak qiymətləri indeksi nəzərə alınmaqla hesab­
lanan sərəncamda qalan və sərəncamda qalan təshih olunmuş gəlirlərin 
dinamikası göstəricilərindən əhalinin həyat səviyyəsinin dəyişməsini 
təhlil etmək üçün istifadə edilir. 
Bu göstəricilərə sərəncamda qalan real
gəlirlər deyilir.
Milli gəlir göstəricisi ümumi və xalis formada hesablana bilər.
Milli gəlirin ümumi formada hesablanması dedikdə onun istehlak olun­
muş əsas kapitalın dəyəri ilə birlikdə müəyyən edilməsi başa düşülür. 
Milli gəlirin istehlak olunmuş əsas kapitalın dəyəri çıxılmaqla hesablan­
masına isə onun xalis formada müəyyən edilməsi deyilir. Ümumiyyətlə, 
milli gəlir dedikdə, bu və ya digər bir dövrdə ölkə rezidentlərinin bazar 
qiymətləri ilə əldə etdikləri ilkin gəlirlər nəzərdə tutulur. Lakin iqtisadi 
ədəbiyyatda bəzi hallarda daxili məhsul və milli gəlir anlayışlarını eyni­
ləşdirirlər. MHS-də isə bu iki, olduqca mühüm göstərici arasında həm 
kəmiyyət, həm də keyfiyyət fərqlərinin olduğu göstərilir. Bunların arasın­
dakı keyfiyyət fərqi ondan ibarətdir ki, daxili məhsul ölkədə fəaliyyət 
göstərən müəssisələr - rezidentlər tərəfindən son istehlak üçün istehsal 
olunan əmtəə və xidmətlərin dəyərini ifadə edir. Milli gəlir isə ölkə re­
zidentlərinin həm fəaliyyət göstərdikləri ölkədə, həm də qalan dünya 
ölkələrində ÜDM-in istehsalında iştirak etməklə əldə etdikləri ilkin 
gəlirləri ifadə edir.
Milli gəlirlə (ümumi, yaxud da xalis formada) daxili məhsul (ümumi, 
yaxud da xalis formada) arasındakı kəmiyyət fərqi özünü qalan 
dünyadan
alınan ilkin gəlirlərin qalığmdakı fərqdə göstərir. Bunlara əməyin ödənil­
məsi, habelə faiz məbləği, dividend formasında mülkiyyətdən və birbaşa 
investisiya qoyuluşlarından əldə edilən yeni gəlirlər aiddir. 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin