gəliri əmələ gətirir. Sərəncamda qalan gəlir də son istehlaka və
qənaətə bölünür.
Qeyd etmək lazımdır ki, son istehlakın müəyyən
edilməsi bir sıra amillərdən asılıdır.
Bunlardan biri “İqtisadi isteh
salın”
əhatə dairəsinin müəyyən edilməsidir. Son istehlak müəyyən olu
narkən ev təsərrüfatlarında onun üzvlərinin özləri üçün yeməyin hazırlan
ması, yaşayış yerinin təmiz saxlanması və s. işlər bu
sahənin fəaliyyətinə
daxil edilmirsə, onda həmin xidmətlərin dəyəri əhalinin son istehlakına
daxil edilə bilməz.
İkincisi,
son istehlakın müəyyən edilməsi
əhalinin ona
göstərilən hər hansı bir xidmətdən əldə etdiyi səmərənin ictimai dəyərin
dən asılıdır. Bu, konkret şəraitdən asılı olaraq kəskin surətdə dəyişə bilər
və dəyişir. Məsələn, XX əsrin ortalarında şaxtaçılara
işdən sonra duş
qəbul etmələri üçün şəraitin yaradılması onlara göstərilən qayğı kimi
dəyərləndirilir və natura formasında gəlir hesab olunurdu. Hazırda isə bu
proses əmək şəraitinin ən sadə ünsürü hesab edilir və sahibkar bunu
etməyə borcludur. Odur ki, fəhlələrin duş qəbul
etmələri üçün şəraitin
yaradılmasına sərf olunan xərclər ev təsərrüfatlarının son istehlak xərcləri
deyil, müəssisələrin aralıq istehlakı hesab edilir.
Ev təsərrüfatlarının son istehlak xərclərinə
yalnız istehlak malları
və xidmətlərinin satın alınması deyil, həm də natura formasında
olan və
şərti qiymətlərlə dəyərləndirilən əmtəə və xidmətlərin istehlakı da daxil
dir. Bunlar əsas etibarilə ev təsərrüfatlarının yardımçı istehsalatlardan,
barter əməliyyatları ilə əlaqədar gördükləri işlərin müqabilində aldıqları
və istehlak etdikləri əmtəələrdən ibarətdir. Bundan
başqa ev sahiblərinin
özlərinin özlərinə göstərdikləri xidmətlərin şərti qiymətlərlə müəyyən
olunan dəyəri də buraya aiddir. Dövləti idarəetmə orqanlarının son
istehlakı onların cəmiyyətin bütün üzvlərinə (kollektiv xidmətlər), ayrı-
ayrı əhali qruplarına, yaxud da şəxslərə (fərdi xidmətlər)
göstərdikləri
pulsuz xidmətlərin dəyərindən ibarətdir. Ev təsərrüfatlarına xidmət edən
Dostları ilə paylaş: