Burada olduqca vacib olan bir məqamı xüsusi qeyd etmək lazımdır. Bu,
ondan ibarətdir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə ümumi milli
gəlir daxili məhsuldan çox, inkişaf etməkdə olan ölkələrdə isə əksinə,
daxili məhsul ümumi milli gəlirdən çox olur. Qalan dünyadan alınan ilkin
gəlirlərin qalığı haqqında məlumatlar tədiyə balansında qeyd edilir.
Ümumi milli gəlir (ÜMG) gəlirlərin ilkin bölgüsü hesabının balan-
slaşdırıcı (tarazlaşdırıcı) maddəsidir və bütövlükdə iqtisadiyyat səviyyə
sində ilkin gəlirləri əks etdirir. İqtisadiyyatın hər bir sahəsi və bölməsi
üzrə ÜMG-in analoqu iqtisadi vahidlər - rezidentlər tərəfindən alınmış və
verilmiş bütün ilkin gəlirlər arasındakı fərq kimi hesablanan ilkin gəlir-
308 lərin qalığı ola bilər. Bunu aşağıdakı kimi ifadə etmək olar:
İlkin gəlirlərin qalığı = IA İG EVİG.
Burada:
EAİG-iqtisadi vahidlərin - rezidentlərin
aldıqları ilkin
gəlirlər;
EVIG-iqtisadi
vahidlərin-rezidentlərin
verdikləri
ilkin
gəlirlər
deməkdir.
Bütövlükdə iqtisadiyyat səviyyəsində ümumi formada, yəni istehlak
olunmuş əsas kapitalın dəyəri çıxılmadan müəyyən edilən ilkin gəlirlərin
qalığı ümumi milli gəliri əmələ gətirir, istehlak olunmuş əsas kapitalın
dəyəri çıxılmaqla xalis formada müəyyən edilən milli gəlir isə xalis milli
gəlir (XMG) adlanır. Bunu belə ifadə etmək olar:
XMG = ÜMG - ƏKİ
Burada: ƏKİ - əsas kapitalın istehlakı deməkdir.
Milli gəlirin təkrar (yenidən) bölgüsü nəticəsində sərəncamda qalan
milli gəlir formalaşır.
Sərəncamda qalan gəlir o deməkdir ki, institu-
sional vahidlər ondan son istehlak və qənaət kimi istifadə edə bilərlər.
Onu hesablamaq üçün ilkin gəlirlərin üzərinə cari transfertlər
forma
sında alınmış gəlirləri əlavə etmək və verilmiş cari transfertləri onun
üzərindən çıxmaq lazımdır. Bunu belə ifadə etmək olar:
S ahənin,
tik in
bölm ənin sərən- = gəlirlərin
c a m d a
q alan
qalığı
gəliri
D igər sahələrə,
bölmələrə veril
miş cari
transfertlər
Digər sahələrdən,
+ bölmələrdən alın
mış cari tan sfertlar
Burada alınmış və verilmiş cari transfertlər dedikdə sahə və bölmələr
arasındakı transfertlər nəzərdə tutulur.