Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


İstehsalın məhsulu olmayan qeyri-maliyyə



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə198/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   194   195   196   197   198   199   200   201   ...   262
2-ci movzu demoqrafiya

İstehsalın məhsulu olmayan qeyri-maliyyə 
aktivləri təbiətdə ya 
hazır halda mövcud olur, yaxud da hüquqi və ya qeydiyyata alınmış 
fəaliyyət növü kimi təzahür edir.
MHS-də torpaq 
anlayışına onun özü, üstündəki sular (çaylar, göllər) 
və sututarlar (su anbarları), üzümlüklər, bağlar və digər ağac plantasiya­
ları, becərilən bitkilər, yeraltı sərvətlər, becərilməyən bioloji resurslar, 
yeraltı su resursları daxildir. Torpağın üstündəki binalar, qurğular, yollar, 
tunellər, bəndlər və s. torpaq anlayışına daxil edilmir.
Təbii sərvətlər torpağın üstündə və altında, yaxud da suyun altında 
olan və kəşf edilmiş faydalı qazıntı yataqlarından ibarətdir.
Becərilməyən (təbii) bioloji resurslara 
ərazinin bitki örtüyü və hey­
vanlar aləmi (fauna və florası) aiddir. Bunlar insanlar tərəfindən becəril­
məsə və yetişdirilməsə də iqtisadi aktiv hesab olunurlar. Bunlara ağac 
materialları almaq üçün istifadə olunan meşələr, vəhşi heyvan sürüləri və 
s. aiddir. Bu heyvanların ətindən məişətdə qida məhsulları kimi, sənayedə 
isə başqa məqsədlər üçün istifadə edilir. İnsanların nəzarətindən kənarda 
bitkilərin və heyvanlarm təbii artımı MHS-də “istehsalın hüdudlarf’na 
daxil edilməsə də, onların əmtəə kimi satılması istehsalın nəticəsi (meşə­
317


lərdəki yabanı bitki məhsullarının yığılması, balıqçılıq, ovçuluq) kimi 
qiymətləndirilir. Bundan başqa institusional vahidlərin nəzarəti altında 
bitki və heyvanların artımı da MHS-də istehsalın müəyyən olunmuş 
hüdudlarına daxil edilir, məhsul buraxılışı hesab olunur və istehsalm 
məhsulu olan aktivlərə aid edilir. Buna südlük naxırın, meyvə ağaclarının 
əsas kapitala (əsas fondlara) aid edilməsini misal göstərmək olar.
Torpağın altındakı su resursları 
- lay sularından və başqa qrunt su­
larından ibarətdir.
İqtisadi dövriyyəyə cəlb edilən təbii sərvətlərin (torpaq, faydalı 
qazıntılar, su resursları və i. a.) qiymətləndirilməsi çətin olsa da, onların 
dəyərinin müəyyən edilməsi mümkündür. Bu məqsədlə ixtiyari 
qiymətlərdən istifadə oluna bilər. Lakin bu, elmi cəhətdən əsaslandırma 
tələb edir və onun metodika və metodologiyasınm hazırlanmasına cəhd 
göstərilməsi müsbət nəticələr verə bilər.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin