Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Satılmaq üçün satın alınan



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə197/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   193   194   195   196   197   198   199   200   ...   262
2-ci movzu demoqrafiya

Satılmaq üçün satın alınan 
əmtəələrə topdan, yaxud da pərakəndə 
satış üçün nəzərdə tutulan əmtəələr daxildir. Bu məhsullar yenidən emal 
olunmur, olsa-olsa daha cəlbedici olsunlar deyə onlarm üzərində 
müəyyən əməliyyatlar aparılır.
Maddi ehtiyatlar 
ölkə üçün xüsusi əhəmiyyətə malik olan strateji 
məhsullardan taxıl və başqa əmtəələrdən ibarət ola bilər.
Qiymətlilər 
dedikdə, bir qayda olaraq köhnəlməyə məruz qalmayan, 
uzun müddət istifadə olunan, istehsal prosesində bir daha iştirak etməyən, 
sərvəti qorumaq məqsədilə saxlanılan (yığılan), qiymətlərin ümumi 
səviyyəsi ilə müqayisədə dəyəri demək olar ki, ya dəyişməyən, yaxud da 
çox az dəyişən şeylər nəzərdə tutulur. Bunlara qiymətli metallar və 
qiymətli daşlar, onlardan düzəldilən zinət şeyləri (əşyaları), incəsənət 
əsərləri və s. aiddir.
Uzun müddət istifadə üçün nəzərdə 
tutulan əmtəələr əhalinin həyat 
səviyyəsini ifadə edən ən mühüm göstəricilərdən biridir. Əhalinin şəxsi
316
əmlakının kəmiyyəti onun gəlirlərinin səviyyəsi və dinamikası, xərclə­
rinin strukturu, ailənin tərkibi, yaşayış yeri və digər amillərlə müəyyən 
edilir. Əhalinin ev əmlakının tərkibinə vətəndaşların mülkiyyətində olan 
əsas fondlar və mövcud (toplanmış) digər şəxsi əmlak daxildir.
Şəxsi istehlak mallarının 
əhalinin əmlakına aid edilməsinin meyarı 
kimi onlarm xidmətetmə müddəti götürülür. Xidmətetmə müddəti bir il­
dən az olan şeylər əhalinin ev əmlakının tərkibinə daxil edilmir. Əhalinin 
əmlakı təyinatına görə təsnifləşdirilir və tərkibi aşağıdakılardan ibarətdir: 
parça, paltar, ayaqqabı, mebel, təsərrüfat (mədəni-məişət) cihazları, təsər­
rüfat inventarları, alətlər, kitab və fərdi kompüterlər, nəqliyyat vasitələri 
və i. a.
İstehsalın məhsulu olan qeyri-maddi 
aktivlər insanların əməyi ilə 
yaradılmış və kütləvi xarakter daşımayan informasiyalarla ifadə olunan 
obyektlərdən ibarətdir. Bu obyektlərin dəyəri onlarda öz əksini tapmış 
informasiyalarla müəyyən edilir. Məhz buna görə onlar istehsalın məh­
sulu olan qeyri-maddi aktivlərə aid edilir. Bunlara faydalı qazıntı yataq­
larının kəşfiyyatı, proqram təminatı, əyləncə janrı, ədəbiyyat və incəsənət 
əsərlərinin (filmlər, səsyazmalar, əlyazmalar və i. a.) orijinalları və başqa 
qeyri-maddi aktivlər daxildir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin