11.2. Milli sərvətin tərkib hissələrinin qiymətləndirilməsi Statistikanın qarşısında duran ən mühüm vəzifələrdən biri milli sərvə
tin tərkib hissələrinin qiymətləndirilməsidir. Hazırda yalnız əsas fondla
rın, maddi dövriyyə vəsaitlərinin, əhalinin mülkiyyətində olan ev əmla
kının (uzun müddət istifadə olunan istehlak malları) qiymətləndirilməsi
aparılır. Çünki MHS-nin tərkib hissəsi olan iqtisadi aktivlər və passivlər
balansında milli sərvətin bütün tərkib hissələrinin kompleks şəkildə
qiymətləndirilməsi üçün lazımi metodika hələ işlənib hazırlanmamışdır.
MHS-nin 1993-cü ildə qəbul edilmiş metodologiyasma uyğun olaraq
əsas fondlar və əhalinin ev əmlakı köhnəlmə çıxılmaqla
bərpa, maddi dövriyyə vəsaitləri isə əldə edilmə dəyəri ilə qiymətləndirilməlidir. Təcrübədə isə
əsas fondlar ya tam ilk və qalıq, yaxud da tam bərpa və qalıq dəyəri ilə qiy
mətləndirilir. Maddi dövriyyə vəsaitləri mühasibat uçotunun məlumatlarına 4
9
49 Əsas fondların qiymətləndirilməsi metodlarından bu fəslin 6-cı yarımfəslində ətraflı bəhs
olunur.
320 əsasən əldəedilmə (satınalma) qiymətləri ilə qiymətləndirilir. Müəssisələrə bu
aktivləri ya ilk dəfə satm alman maddi dövriyyə vəsaitlərinin qiymətləri
(FIFO), ya axırıncı dəfə satm alman maddi dövriyyə vəsaitlərinin qiymətləri
(LIFO), yaxud da orta qiymətlərlə qiymətləndirmək hüququ verilir. Maddi
dövriyyə vəsaitləri cari qiymətlərlə də yenidən qiymətləndirilə bilər. Lakin
qeyd etmək lazımdır ki, bu qiymətləndirmə metodundan hələ istifadə olun
mur.
Yuxarıda göstərildiyi kimi, iqtisadi dövriyyəyə cəlb edilmiş təbii sər
vətlərin (torpaq, faydalı qazıntılar, su resursları və i. a.) dəyəri hesab
lanmır, onlar yalnız natura ifadəsində göstərilir. Lakin torpaq sahələrinin
yaxşılaşdırılması və torpaq üzərində olan mülkiyyət hüququnun başqasına
verilməsi ilə əlaqədar olan xərclər (daşınmaz əmlakla əlaqədar aparılan
əməliyyatlara görə vəkillərin, müvəkkillərin və digər vasitəçilərin göstər
dikləri xidmətin haqqının ödənilməsi, bu əməliyyatlarla bağlı vergi və
rüsumlar) istehsalın məhsulu olan aktivlərin — əsas fondların tərkibində
öz əksini tapır. Torpaqların və digər təbii resursların müəssisələr tərəfin
dən satm alınan və deməli, onların mülkiyyətində olan hissəsi mühasibat
və statistika hesablarında müvafiq ilin şərti əldəedilmə qiymətləri ilə
göstərilir.