11.3. Milli sərvətin tərkib hissələri ilə MHS-nin göstəriciləri arasında qarşılıqlı əlaqə Hazırda Azərbaycan Respublikasında beynəlxalq uçot və statistika
sisteminə keçid şəraitində milli sərvətin bütün tərkib hissələrinin qiymət
ləndirilməsi mümkün deyildir. Lakin MHS-dəki bəzi hesablarda milli
sərvətin tərkib hissələri haqqında məlumat vardır. Bunlara əsasən milli
sərvətin strukturu və dinamikası təhlil olunur. Məsələn “kapital ilə əmə
liyyatlar hesabı” əsas və dövriyyə fondlarının (əsas və dövriyyə kapita
lının) real yığımı prosesinə, qeyri-maddi və maliyyə aktivlərinə, habelə
onun maliyyələşdirilməsi mənbələrinə xarakteristika vermək üçün
nəzərdə tutulmuşdur. Bu hesabda institusional vahidlər - rezidentlər
tərəfindən əldə edilən qeyri-maliyyə aktivlərinin dəyəri, yaxud da onların
xaric olması əks etdirilir. Yığım və transfertlər hesabına xüsusi kapitalın
(milli sərvətin) xalis dəyərinin dəyişməsi də bu hesabda göstərilir. Əsas
və dövriyyə fondlarının, habelə digər aktivlərin yığımı həmin ildə əmək
sərfi nəticəsində milli sərvətin artımını ifadə edir.
Kapital ilə əməliyyatların əsas maliyyələşdirmə mənbələri ümumi yı
ğım, verilmiş kapital transfertlər çıxılmaqla alınmış kapital transfertlərdir.
Azərbaycan Respublikasında 1995-2011-ci illərdə kapital əməliyyat
ları (əsaslı xərclər) hesabının ehtiyatlan və istifadəsi 11.1 cədvəlində
göstərildiyi kimi olmuşdur. 5
0
322 Cədvəl 11.1
Kapital ilə əməliyyatlar (əsaslı xərclər) hesabı (cari qiymətlərlə, mln. manat)50 Göstəricilər İllər 1995 2004 2005 2009 2010 2011 Ehtiyatlar
Üm um i qənaət
155,4
2871,3
5536,1 14838,9 19475,0
24799,8
Q alan dünyadan alınmış
kapital transfertlər (+)
26,6
33,9
74,7
1547,5
1679,9
1984,1
Qalan dünyaya verilmiş
kapital transfertlər (-)
26,6
38,0
35,9
1540,1
1668,5
1970,1