Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Əsas fondların bu qaydada



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə208/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   204   205   206   207   208   209   210   211   ...   262
2-ci movzu demoqrafiya

Əsas fondların bu qaydada
təsnifləşdirilməsi onların strukturunun dəyişməsini təhlil etməyə, ak­
tiv və passiv hissələrə ayırmağa imkan verir. 
Əsas fondların aktiv his­
səsinə məhsul və xidmətlərin yaradılmasında bilavasitə iştirak edən, əmək 
cisimlərinə təsir göstərən əsas fond növləri aid edilir. Bunlara iş və güc 
maşınları, ölçü və tənzimləyici qurğular, nəqliyyat vasitələri və s. misal 
ola bilər. Əsas fondların passiv hissəsi dedikdə isə istehsal üçün şərait 
yaradan şeylər nəzərdə tutulur. Bunlara bina və qurğular misal ola bilər. 
Lakin əsas fondların aktiv və passiv hissələrə aid edilməsi sahənin 
spesifik xüsusiyyətlərindən asılıdır.
Qeyri-maddi əsas fondlara aşağıdakılar daxildir:
1) Faydalı qazıntı yataqlarının kəşfiyyatı ilə əlaqədar olan xərclər;
328
2) Kompüter proqram təminatı və məlumat bazası;
3) Əyləncəli janr, ədəbiyyat və incəsənət əsərlərinin orijinalları;
4) Elmtutumlu sənaye texnologiyaları, istifadə olunması müəyyən 
edilmiş sahiblik hüquqları ilə məhdudlaşan və intellektual mülkiyyət 
obyekti olan digər qeyri-maddi əsas fondlar.
Əsas fondların tərkibini öyrənmək üçün aşağıdakı qruplaşdırmadan 
istifadə olunur. Əsas fondların: 1) növlər; 2) iqtisadiyyatın sahələri; 3) 
mülkiyyət formaları; 4) kimə məxsus olması (xüsusi və icarəyə götürül­
müş); 5) ərazi üzrə yerləşməsinə görə qruplaşdırılması.
Əsas fondların mövcudluğu və hərəkəti haqqında başlıca məlumat 
mənbələri idarə, müəssisə və təşkilatların mühasibat və statistika hesabat­
larından, seçmə müayinələrinin, o cümlədən vətəndaşlara (fiziki şəxslərə) 
məxsus olan əsas fondların müayinəsinin məlumatlarından ibarətdir.
Bu sahədə statistikanın başlıca vəzifəsi əsas fondların dəyərini, tərki­
bini və dinamikasını müəyyən etməkdən, onların vəziyyətinə, hərəkətinə, 
istifadə olunmasına xarakteristika verməkdən ibarətdir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin