Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Əsas fondlar balansı, onun növləri və tərtib olunması metodu



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə216/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   212   213   214   215   216   217   218   219   ...   262
2-ci movzu demoqrafiya

11.8. Əsas fondlar balansı, onun növləri və tərtib olunması metodu
Əsas fondlar balansı il ərzində onun dinamikasını göstərir. Əsas 
fondlar balansı statistika cədvəli formasında tərtib olunur, bütövlükdə 
iqtisadiyyat, habelə sahələr və mülkiyyət formaları üzrə onların həcmini, 
strukturunu, təkrar istehsalını xarakterizə edir. Balansın məlumatlarına 
əsasən əsas fondların köhnəlməsi, yararlılığı, təzələnməsi, xaric olması, 
istifadəsi göstəriciləri hesablanır.
335


Əsas fondlar balansı 
dövlət statistika orqanları tərəfindən tam ilk və 
köhnəlmə çıxılmaqla qalıq dəyəri ilə bütövlükdə iqtisadiyyat və onun 
“xalis sahələri” üzrə tərtib olunur. Xalis sahələr dedikdə, 
hamin sahə­
yə mənsub olan müəssisələrdə sahə məhsulunun istehsalı prosesində işti­
rak edən əsas fondlar nəzərdə tutulur. Buraya yalnız hər hansı bir sahəyə 
mənsub olan müəssisə və təşkilatların əsas fəaliyyət sahələri ilə yanaşı, 
həm də digər sahələrin müəssisə və təşkilatlarının balansında olan (müs­
təqil uçot aparan və ayrıca uçot vahidi hesab olunan vahidlər) və təyinat­
larına görə köməkçi-yardımçı istehsalat və bölmələrin əsas fondları da 
daxil edilir. Beləliklə, bütövlükdə iqtisadiyyat üzrə tərtib olunan əsas 
fondlar balansı “xalis” sahələr üzrə tərtib olunan əsas fondlar balansından 
fərqlənir. Başqa sözlə, bütövlükdə iqtisadiyyat üzrə əsas fondların əhatə 
dairəsinə onun bütün sahələrində olan əsas fondlar daxil edildiyi 
Ья1гП 
“xalis” sahələr üzrə əsas fondlara hər hansı bir sahədə fəaliyyət göstərən 
müəssisə və təşkilatların bütün fondları aid edilir. 
Əsas fondlar balansı
cari, orta illik və sabit qiymətlərlə tərtib oluna bilər.
Balans dəyəri (tam ilk dəyər) ilə tərtib olunan əsas fondlar balansı əsas 
hesab olunur. Onun məlumatlarına əsasən müqayisəli, orta illik və digər 
qiymətlərlə müxtəlif göstəricilər hesablana bilər. Balansdan real şəraitdə 
və formalaşmış real qiymətlərlə əsas fondların həcmi, strukturu və təkrar 
istehsalını öyrənmək üçün istifadə olunur.
Sabit qiymətlərlə tərtib olunan əsas fondlar balansından müqayisə 
aparmaq, onların real dinamikasına xarakteristika vermək, bir neçə il üzrə 
orta göstəriciləri (əsas fondların orta illik dəyəri, təzələnməsi və xaric ol­
ması əmsalları, «yaş» tərkibi) hesablamaq üçün istifadə edilir. Əsas fond­
ların mövcudluğu və hərəkəti göstəriciləri hər hansı bir ilin qiymətləri ilə 
sabit qiymətlərə çevrilir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin