Cədvəl 11.3 Əsas fondların ayrı-ayrı amortizasiya qruplarına daxil edilməklə təsnifləşdirilməsi Qruplar Faydalı istifadə olunma müddəti Qruplar Faydalı istifadə olunma müddəti I
1 ildən
2 ilədək
VI
10 ildən
15 ilədək
II
2 ildən
3 ilədək
VII
15 ildən
20 ilədək
III
3 ildən
5 ilədək
VIII
20 ildən
25 ilədək
IV
5 ildən
7 ilədək
IX
25 ildən
30 ilədək
V
7 ildən
10 ilədək
X
30 ildən
yuxarı
Müəssisələrin amortizasiya normalarını sərbəst surətdə, lakin 11.3.
cədvəlində göstərilən təsnifləşdirməyə uyğun aparmaları üçün obyektlərin
faydalı istifadə müddətləri müəyyən olunur. Hər hansı bir obyekt həmin
qruplardan birində olmadıqda onun faydalı istifadə müddəti texniki
şərtlər, yaxud da istehsal olunduğu müəssisənin tövsiyəsi ilə müəyyən
edilir.
İllik amortizasiya norması əsas fondların növündən asılı olaraq fərqli surətdə müəyyən edilir. Hazırda amortizasiya normasının hesab
lanmasının aşağıdakı üsullarından istifadə olunur. Amortizasiya norması
nın hesablanmasının: a) xətti üsulu; b) azaldılan qalıq üsulu; c) faydalı
istifadə müddətindəki illərin cəminə görə dəyərin silinməsi üsulu; d)
dəyərin məhsulun həcminə mütənasib olaraq silinməsi üsulu.
Amortizasiyanın hesablanmasının xətti üsulunda onun norması
aşağıdakı düsturla müəyyən edilir:
332 Burada: T - əsas kapitalın faydalı istifadə müddəti deməkdir.
Bunu misalla izah edək. Tutaq ki, müəssisə, dəyəri 300 min manata,
faydalı istifadə müddəti 10 ilə bərabər olan əsas vəsait satm almışdır. Bu
zaman əsas vəsaitin illik amortizasiya norması 10%-ə (100:10), buna
uyğun olaraq illik amortizasiya məbləği 30 min manata (300-10%: 100)
bərabər olacaqdır. Deməli, bu əsas vəsaitdən xidmətetmə müddətində hər
il 30 min manat amortizasiya hesablanmalıdır.