Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Əsas fondların qiymətləndirilməsi və yenidən



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə209/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   205   206   207   208   209   210   211   212   ...   262
2-ci movzu demoqrafiya

11.6. Əsas fondların qiymətləndirilməsi və yenidən
qiymətləndirilməsi
Əsas fondlar natura və dəyər ifadəsində uçota alınır. Natura ölçü 
vahidlərindən hər hansı bir əsas fond növünün həcmini müəyyən etmək 
üçün istifadə olunur. Lakin bütün əsas fondlara ümumi xarakteristika 
vermək üçün onun dəyərini hesablamaq lazımdır.
Əsas fondlar mühasibat uçotu və hesabatlarında müxtəlif qiymətlərlə 
əks etdirilir. Bunlardan biri əsas fondların balans (tam balans, tam uçotaa- 
lınma) dəyəridir. Balans dəyəri əsas fondların qarışıq qiyməti deməkdir. 
Çünki əsas fonda daxil olan obyektlərin bir hissəsi axırıncı yenidənqiy- 
mətləndirmə əsasında «müəyyən olunan» bərpa dəyəri, sonrakı illərdə 
(növbəti dəfə yenidən qiymətləndirmə aparılanadək) istifadəyə verilən 
əsas fondlar isə tam ilk qiyməti (əldəedilmə və ya satınalma dəyəri) ilə 
uçota alınır.
Əsas fondların tam ilk dəyəri dedikdə, 
onlar istifadəyə verilərkən 
balansda uçota alındıqları dəyər nəzərdə tutulur. Bu dəyər binaların, 
tikililərin inşa olunmasına, maşınların, avadanlıqların əldə edilməsinə, 
daşınmasına, quraşdırılmasına cari qiymətlərlə faktiki sərf olunan pul 
vəsaitini ifadə edir.
Əsas fondların tam ilk dəyəri onlar istifadəyə verilərkən uçota alındıq­
ları faktiki dəyəri göstərir. Əsas 
fondlar istismara verildikdən sonra
329


mühasibat balansının aktivindəki “əsas vəsaitlər” hesabında əks etdirilir 
və yenidən qiymətləndirmə aparılana qədər dəyişməz qalır. Əsas 
fondların növbəti dəfə yenidən qiymətləndirilməsi aparılana qədər kapital 
qoyuluşu hesabına obyektlərin genişləndirilməsi, modernləşdirilməsi və 
yenidən qurulması aparılmışdırsa, onda həmin tədbirlərin həyata keçiril­
məsi ilə əlaqədar olan xərclər tam ilk dəyərə əlavə edilir.
Köhnəlmə çıxılmaqla qalıq dəyəri 
əsas fondun tam ilk dəyərindən 
köhnəlmə məbləği çıxılmaqla müəyyən edilir. Qalıq dəyəri əsas fondların 
köhnəlməsi, habelə genişləndirilməsi, modernləşdirilməsi və yenidən 
qurulması ilə əlaqədar olaraq dəyişə bilər. Əsas fondlar yenidən qiymət­
ləndirilərkən bu bərpa-qalıq dəyəri ilə əvəz olunur.
Əsas fondlar tamamilə yararsız hala düşüb istehsalatdan çıxanda 
ondan əldə edilən vəsaitə 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin