Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Əsas fondların sabit qiymətlərlə hesablanması iki metodun kö­



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə217/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   213   214   215   216   217   218   219   220   ...   262
2-ci movzu demoqrafiya

Əsas fondların sabit qiymətlərlə hesablanması iki metodun kö­
məyilə həyata keçirilə bilər. 
Bunlardan biri indeks, digəri isə balans 
metodudur. Hesabat dövründəki əsas fondların müqayisəli qiymətlərlə 
ifadə olunan əsas fondlara çevrilməsi üçün əsas dövrə nisbətən hesabat 
dövründə qiymət və tariflərin dəyişməsinin ümumi (toplam) indeksindən 
istifadə olunur. Balans metodunda isə bərpa dəyəri ilə bazis tarixinə əsas 
fondların mövcudluğu haqqında məlumatlar hesabat dövründə xaric 
olmuş əsas fondların dəyəri qədər azaldılır və həmin dövrdə daxil olmuş 
əsas fondların dəyəri qədər artırılır. Bu zaman onların hər ikisi müvafiq 
qiymət indekslərinə uyğun olaraq əsas dövrün qiymətlərinə çevrilir.
Orta illik qiymətlərlə əsas fondlar balansı müəyyən zaman kəsiyində 
onların mövcudluğu, dinamikası və istifadəsini kompleks şəkildə təhlil
336
etmək üçün lazımdır. Bu balansın məlumatlarına əsasən fondverimi
fondla silahlanma, xidmətetmənin orta normativ müddəti, köhnəlmə 
dərəcəsi və s. kimi göstəricilər hesablanır.
Əsas fondlar balansının müvafiq dövrün qiymətlərinə çevrilməsi orta 
illik qiymət indekslərinə əsasən həyata keçirilir. Orta illik qiymət in­
deksləri əsas fondların daxil və xaric olduğu dövrlər üzrə hesablanır. 
Əsas fondların dəyərinin müvafiq dövrün qiymətlərinə çevrilməsi hər ay 
orta aylıq qiymət indekslərinə əsasən həyata keçirilir.
Orta illik qiymət indeksləri əsas fondların istehsal olunduqları sahə­
lərdə (maşınqayırma və tikinti materialları sənayesində) məhsulların qiy­
mətlərinin dinamikasına əsasən, həm də hesabat dövrünün ayları üzrə he­
sablanır. Bu indeksi hesablamaq üçün hər aym əvvəlinə və axırına olan 
məlumatları cəmləyib 2 yerə bölmək lazımdır. Orta illik qiymət indeksi 
isə orta aylıq indekslərin qiymətləri cəmini 12-ə bölmək yolu ilə 
hesablanır.
Əsas fondlar balansında aşağıdakı bərabərliyə əməl olunmalıdır:
F! + D = X + F2
Burada: Fı və F2 - müvafiq olaraq dövrün əvvəlinə və axırına əsas 
fondların dəyərini; D - həmin dövrdə daxil olmuş, X isə xaric olmuş əsas 
fondların dəyərini göstərir.
Balans dəyəri ilə əsas fondlar balansının sxemi aşağıdakı kimidir 
(cədvəl 11.6.)

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin