Dəyərin məhsulun (yerinə yetirilmiş işlərin) həcminə mütənasib si
linməsi üsulunda amortizasiya norması aşağıdakı düsturla müəyyən edilir:
A n — Q t : 2 Qt
Burada: Qt - əsas fondun faydalı istifadə müddətinin hər bir ilində
istehsal edilmiş məhsulun, yaxud da yerinə yetirilmiş işlərin həcmi;
2Q t - obyektdən faydalı istifadə olunduğu bütün müddət ərzində
istehsal edilməsi, yaxud da yerinə yetirilməsi nəzərdə tutulan məhsulun
(işlərin) həcmi deməkdir.
Bunu misalla izah edək. Tutaq ki, dəyəri 300 min manata bərabər
olan və faydalı istifadə müddətində 500 min km məsafə qət edəcəyi
nəzərdə tutulan (gözlənilən) bir yük avtomobili satın alınmışdır. Avtomo
bil birinci il 20 min km yürüş etmişdir. Deməli, amortizasiya norması
(An) 4%-ə (20 : 500 • 100), illik amortizasiya məbləği isə (A) 12 min
manata (300 • 4 : 100) bərabər olacaqdır. İndi deyək ki, ikinci il yürüş 40
min km olmuşdur. Deməli, amortizasiya norması 8% (40 : 500 • 100),
buna uyğun olaraq illik amortizasiya məbləği (A) 24 min (300 • 8 : 100)
təşkil edəcəkdir.
Eynitipli (yekcins) əsas fond qrupları üzrə amortizasiyanın hesablan
masında bu üsulların hər hansı birindən obyektin bütün faydalı istifadə
müddəti ərzində istifadə edilə bilər.
Belə bir qayda da vardır: əsas fondun hər vahidinin dəyəri üçün ən
aşağı məbləğ müəyyən edilir və satın alınmış kitab və kitabçaların dəyə
rinin onlar istifadəyə verilən kimi tamamilə xərclərə daxil edilməsinə
icazə verilir. Əlverişsiz şəraitdə, üçnövbəli və ya fasiləsiz iş rejimində
istifadə olunan əsas vəsaitlər üçün yüksək əmsallardan (lakin 2 və ya 3-
dən böyük olmayan) istifadə edilməsinə də icazə verilir. Maliyyə vəziy
yəti ağır olan müəssisələr də 0,5-ə bərabər olan aşağı əmsaldan istifadə
edə bilərlər. Rusiya Federasiyasının müəssisələrində bu qaydadan geniş
istifadə edilir.51
31 Hətta müəssisələrdə bu əmsallardan istifadə edilməsi məcburidir.