Maddi əsas fondlar aşağıdakı kimi təsnifləşdirilir:
1) binalar - arxitektura cəhətdən əlahiddələşmiş, əmək tətbiqi üçün
şəraiti olan obyektlər, mənzil, əhaliyə sosial-mədəni xidmət göstərən və
maddi qiymətlilərin saxlanması üçün nəzərdə tutulan binalar;
2) qurğular - əmək cisimlərinin formasının dəyişdirilməsi ilə əlaqə
dar olmayan, bu və ya digər texniki funksiyaların yerinə yetirilməsi yolu
ilə istehsal prosesinin, yaxud da müxtəlif qeyri-istehsal funksiyalarının
həyata keçirilməsi üçün şəraiti olan mühəndis-tikinti obyektləri;
3) ötürücü qurğular — elektrik, istilik və mexaniki enerjinin bir ob
yektdən digər obyektə ötürülməsində vasitəçilik edən qurğular;
4) maşın və avadanlıqlar - enerjinin bir növünü onun digər növünə
çevirən güc maşınları; əmək cisimlərinə bilavasitə təsir göstərən və məh
sulların texnoloji istehsal prosesində iştirak edən iş maşm və avadan
lıqları; ölçü və tənzimləyici cihazlar, qurğular və laboratoriya avadan
lıqları; hesablama texnikası;
5) nəqliyyat vasitələri - insanların və yüklərin yerdəyişməsinə xidmət
göstərən hərəkət vasitələri;
6) istehsal və təsərrüfat inventarları - əmək mühafizəsinə, istehsal
əməliyyatlarının yüngülləşdirilməsinə və materialların saxlanmasına
xidmət edən predmetlər;
7) iş heyvanları, məhsuldar və cins mal-qara (cavan və kəsilmək üçün
nəzərdə tutulan heyvanlardan başqa);
8) çoxillik əkmələr — “yaşından” asılı olmayaraq süni çoxillik ək
mələr;
9) sair əsas fondlar —
kitabxana fondu, muzey əşyaları, zooparklarda
heyvanlar aləminə aid eksponatlar və digər obyektlər.
Maddi əsas fondların natura-əşya formasında təsnifləşdirilməsi iqtisa
diyyatın hər bir sahəsi üzrə konkretləşdirilir.
Dostları ilə paylaş: