Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Dünyada tanınmış ingilis iqtisadçısı C.Hiks



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə182/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   178   179   180   181   182   183   184   185   ...   262
2-ci movzu demoqrafiya

Dünyada tanınmış ingilis iqtisadçısı C.Hiks 
də gəlir konsepsiyasının 
olduqca mürəkkəb xarakterə malik olduğunu etiraf edir. Onun 1993-cü
300
ildə rus dilində nəşr olunmuş “Dəyər və kapital” əsərində göstərilir ki
“bir çox məşhur müəlliflər qənaət və gəlir haqqmda bir-birinə zidd, bir- 
birini inkar edən və demək olar ki, məqbul sayılmayan müxtəlif fikirlər 
söyləmişlər. Onun fikrincə hamıya məlum olan qənaət və gəlir anlayışları 
məntiqi kateqoriyalar deyildirlər.46 Onlar yalnız biznesmenlərin praktik 
məsələlərin həllinə doğru daha yaxşı istiqamət götürmələri üçün həqiqətə 
bir qədər yaxm hesab olunan anlayışlardır. İqtisadi statistika üzrə məşhur 
dərsliyin müəllifi olan tanınmış iqtisadçı və statistik P.Lippe də bu möv­
qedə dayanır. O, belə hesab edir ki, gəlirin müəyyən olunması təhlilin 
məqsədindən, qarşıya qoyulan vəzifələrdən asılıdır. Başqa sözlə, elə və­
zifələr vardır ki, onları həll etmək üçün gəlirlər və qənaət haqqmda məlu­
matlardan istifadə olunmalıdır.
Lippenin fikrincə 
gəlirin müəyyən edilməsi variantlarından biri təsər­
rüfatçılıq edən subyektlərin əldə etdikləri, pul üzrə tələbə təsir göstərən 
və müntəzəm olaraq daxil olan pul vəsaitidir. Gəlirin bu cür müəyyən 
edilməsi pul üzrə tələbin öyrənilməsi sahəsində qarşıya qoyulan vəzifə­
lərlə əlaqədardır. Deməli, burada natura formasında bir çox daxilolmalar 
nəzərə alınmamışdır.
Lippenin fikrincə təsərrüfatçılıq edən subyektlərin əmtəə və xidmət­
lərə olan tələbi də (bu milli məhsulu əmələ gətirir) gəlirlərin tərkibinə 
daxil edilə bilər. Göründüyü kimi, gəlirlərin müəyyən olunmasına bu cür 
yanaşıldığına, daha dəqiq desək onun tərkibinə həm pul, həm də natura 
formasında olan gəlirlər daxil edildiyinə görə o, əhalinin həyat səviy­
yəsinin təhlil edilməsi üçün daha münasibdir və MHS-də müəyyən olun­
muş qaydaya daha yaxındır. MHS-ninl993-cü il variantında bütün gəlir 
göstəricilərinin əsasında C.Hiksin yuxarıda adı çəkilən “Dəyər və kapital” 
əsərində əsaslandırılmış konsepsiyası durur. Bu konsepsiyanın mahiyyəti 
belədir: gəliri, müəyyən bir dövr ərzində maksimum dərəcədə istehlaka 
sərf oluna bilən məbləğ kimi müəyyən etmək lazımdır. Həm də qabaqca­
dan yığılmış kapital bu dövrün axırında azalmamalı, olduğu qədər 
qalmalıdır. Başqa sözlə, bunu belə başa düşmək lazımdır ki, insanlar 
əllərində olan əvvəlki dövrlərdən qalmış kapitala toxunmadan, ondan 
istifadə etmədən, yəni onun kəmiyyəti azalmadan özlərinin istehlakı üçün
46 Qeyd etmək lazımdır ki, yaxın keçmişdə “qənaət” anlayışından nağd, yaxud da əmanət 
banklarında yığılmış pul vəsaiti mənasında istifadə edilmişdir. Lakin MHS-də qənaət anlayışı 
tamamilə başqa məzmuna malikdir. Burada qənaət sərəncamda qalan gəlirin son istehlaka sərf 
olunmayan hissəsi kimi şərh olunur. Beləliklə, MHS-də müəyyən olunduğu kimi, qənaəti 
bütün maliyyə aktivlərinin (nağd pullar, depozitlər, qiymətli kağızlar, ssuda-borc və i.a.) və 
maddi aktivlərin artımı kimi qəbul etmək olar.
301


nə qədər sərf edə bilər? C.Hiks öz konsepsiyasını inkişaf etdirərək iki 
nəzəri gəlir kateqoriyası irəli sürmüşdür. Bunlardan biri müntəzəm ola­
raq, qabaqcadan daxil olacağı nəzərdə tutulan gəlirlər, digəri isə faktiki 
daxil olmuş gəlirlərdir. Hiks bunlardan birincini latın termini olan 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin