Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


RÜM göstəricisi özünün iqtisadi məzmununa görə ÜDM-in eyni­



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə176/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   172   173   174   175   176   177   178   179   ...   262
2-ci movzu demoqrafiya

RÜM göstəricisi özünün iqtisadi məzmununa görə ÜDM-in eyni­
dir. Başqa sözlə, o regionun rezidenti olan iqtisadi vahidlərdə son
istifadə üçün istehsal edilmiş əmtəə və xidmətlərin dəyəri deməkdir.
Regionların RÜM-ünün cəmi ölkə üzrə hesablanmış ÜDM-in cəminə bə­
rabər olmalıdır. Lakin təcrübədə bəzi hallarda RÜM-ün hesablanmasında 
bir sıra iqtisadi vahidlərin və onların apardıqları əməliyyatların konkret 
regiona aid edilməsində müəyyən problemlər meydana çıxır. Buna 
baxmayaraq onlar metodoloji və informasiya xarakteri daşıyır və 
aşağıdakı hallarda baş verir:
-toxunulm az ərazilərin mövcud olması. Bu ərazilərdə adətən səfir­
liklər, konsulluqlar, hərbi bazalar fəaliyyət göstərir ki, bunların da hər 
hansı bir regiona birbaşa aid edilməsi mümkün deyildir;
- region səviyyəsində bəzi əməliyyatlar haqqında (məsələn, multire- 
gional korporasiyaların fəaliyyəti) məlumatın olmaması;
-bankların və digər maliyyə vasitəçilərinin göstərdikləri xidmətin 
konkret istehlakçıya (müəssisələrə və ev təsərrüfatlarına) aid edilməsində 
mürəkkəbliyin olması. Bunlar, habelə milli iqtisadiyyat səviyyəsində 
ÜDM-in hesablanmasına cəlb edilən informasiyaların mürəkkəbliyi xü­
susi qaydaların işlənib hazırlanmasını zəruri edir.
RÜM-ün son istifadə metodu ilə hesablanması regiona gətirilmiş və 
regiondan aparılmış əmtəə və xidmətlərin müəyyən edilməsi ilə əlaqədar 
problemlərin həll olunmasım tələb edir. Bu göstəricilər yalnız regiona 
daxil olmuş, yaxud da regiondan aparılmış əmtəə və xidmətləri deyil, 
həm də həmin regionda digər regionların rezidentləri tərəfindən istehlak 
olunmuş əmtəə və xidmətləri əhatə etməlidir. 
Burada mübahisə doğu­
293


ran bir məsələ qalır. 
Bu, ondan ibarətdir ki, hər hansı bir regionda 
yerləşən mərkəzi hökumətin müəssisələri tərəfindən göstərilən qeyri - 
bazar xidmətləri regionlar arasında bölünməlidirmi? Bu məsələ doğrudan 
da mübahisə doğurur və onun həllinə metodoloji cəhd göstərilməsi 
məqsədəuyğun olardı.
Regional hesabların əsasında regionların rezidentləri olan vahidlərin 
apardıqları əməliyyatlar durur. Bu iqtisadi vahidlərin əməliyyatlarım 
səciyyələndirən 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin