Ölkələrin əksəriyyətində istifadə olunan əsas məlumat mənbələri aşağıdakılardır: 1) Məşğulluq və işçi qüvvəsi haqqında müayinə apararkən əldə
edilən məlumatlar. Bunun nəticəsində müavinət alan, lakin daimi, yaxud
da müvəqqəti işi olan, rəsmi qeydiyyatdan keçməmiş əcnəbilər, qaçqınlar,
pasport qeydiyyatında olmayan şəxslər, xüsusi firmalar tərəfindən muzdla
tutulan yüksək ixtisaslı mütəxəssislər aşkara çıxarılır;
2) İnzibati mənbələrin (məsələn, torpaqların, mənzillərin uçotunu
aparan təşkilatların) məlumatları;
3) Müntəzəm olaraq əlavə dəyər gətirən peşələrdə çalışanların (tibb
işçiləri, vəkillər, bərbərlər, taksi sürücüləri, xörək paylayanlar, qəzet
satanlar, avtomobili təmir edən və servis xidməti göstərən işçilər,
santexniklər və i. a.);
4) Ev təsərrüfatları xərclərinin xüsusi müayinəsi nəticəsində əldə
edilən məlumatlar;
5) Müxtəlif müəssisə qruplarının xərcləri və ümumi buraxılışı
arasındakı nisbətin müqayisəli təhlili nəticəsində əldə edilən məlumatlar.
Buna iri və kiçik, dövlət və xüsusi müəssisələr arasındakı nisbət misal ola
290 bilər;
6) Ev təsərrüfatlarının və korporasiyalara daxil olmayan müəssisə
lərin qarışıq müayinə yolu ilə öyrənilməsi nəticəsində əldə edilən mə
lumatlar. Burada ev təsərrüfatlarının, habelə korporasiyalara daxil ol
mayan müəssisələrin gəlir və xərclərinin müayinəsi nəzərdə tutulur;
7) Vergi, yol təhlükəsizliyi, texniki inventarlaşdırma bürolarının mə
lumatları.
Makromodel metodlar içərisində aşağıdakıları qeyd etmək olar: a) qlobal göstəriciləri özündə əks etdirən metodlar (məsələn, elektrik
enerjisi istehsalının artması ilə sənaye məhsullarının ümumi buraxılışı
arasındakı nisbətə əsaslanan iqtisadi artımın qiymətləndirilməsi metodu);
b) monetar modellər. Bu, onu deməyə əsas verir ki, nağd pula olan tələbin
xarakterində baş verən dəyişiklik nəzərə alınmamış iqtisadi fəaliyyət
növlərinin həcmindəki dəyişikliklərlə izah oluna bilər.
ÜDM-in istehsal metodu ilə hesablanması ilə əlaqədar olaraq 1980-ci
ildə işlənib hazırlanmış