Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Ümumi daxili məhsulun hesablanmasında nəzarət olunmayan



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə171/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   167   168   169   170   171   172   173   174   ...   262
2-ci movzu demoqrafiya

9.8. Ümumi daxili məhsulun hesablanmasında nəzarət olunmayan
iqtisadiyyatın qiymətləndirilməsi
Dünyanın əksər ölkələrində statistikanın ən mühüm vəzifələrindən biri 
də ÜDM-in düzgün hesablanmasının təmin olunmasıdır. Bu vəzifənin həll 
edilməsi isə xüsusi müayinələrin aparılmasını tələb edir. Bu, onunla əlaqə­
dardır ki, bəzi fəaliyyət növlərinə və müəssisələrin işinə birbaşa nəzarət 
etmək mümkün deyildir. Bu, hər şeydən əvvəl gizli, kriminal və qeyri- 
rəsmi iqtisadiyyata aiddir. 
Bunları xüsusi ədəbiyyatda nəzarət edilmə­
yən iqtisadiyyat adlandırırlar.
Nəzarət olunmayan iqtisadiyyat aşağıdakı göstəricilərin təhrif edilmə­
sinə səbəb olur:
- ÜDM-in həcmi;
- iqtisadi artım sürəti;
- iqtisadiyyatm quruluşu göstəriciləri (iqtisadiyyatın sahə və bölmələr, 
habelə ÜDM-in müxtəlif məqsədlər üçün istifadə olunması üzrə 
quruluşu);
- əməyin və kapitalın məhsuldarlığı göstəriciləri;
- ÜDM-lə əlaqədar olan bir sıra makroiqtisadi göstəricilər (milli gəlir, 
sərəncamda qalan milli gəlir, milli qənaət və i.a.);
288
- ÜDM-in beynəlxalq miqyasda müqayisə edilməsinin nəticələri
ölkələrin, regionun və dünyanın iqtisadiyyatında yeri.
ÜDM-in və qarışıq makroiqtisadi göstəricilərin hesablanmasında gizli 
və qeyri-rəsmi iqtisadiyyatın nəzərə alınması ilə əlaqədar beynəlxalq 
tövsiyə ilk dəfə MHS-nin 1993-cü il variantında formalaşdırılmışdır. 
Hazırda bu sahədə beynəlxalq standart dedikdə, İİƏT, BVF, BƏT və 
MDB-nin Statistika Komitəsi tərəfindən işlənib hazırlanmış 
“ Nəzarət 
olunmayan iqtisadiyyatın qiymətləndirilməsinə dair əsasnamə” 
(2002-ci il) nəzərdə tutulur. Bu sənəd 1993-cü ildə qəbul edilmiş sənədin 
daha da təkmilləşdirilmiş variantıdır. Sənəddə bu sahə üzrə əsas anla­
yışlar, təriflər, təsnifləşdirmələr və terminologiyalar vahid şəklə salınmış­
dır. Ondan istifadə olunması ÜDM-in həcmini, quruluşunu və dinami­
kasını, bu göstərici üzrə daha dəqiq beynəlxalq müqayisə aparılmasını 
təmin edir. Əsasnamədə müşahidə edilməyən iqtisadiyyatın və onun 
tərkib hissələrinin müəyyən olunmasının ətraflı şərhi verilmişdir. Burada 
göstərildiyi kimi, 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin