onların nöqsan cəhəti də vardır. Bu, ondan ibarətdir ki, ÜDM-i sabit qiymətlərlə daha
müfəssəl qiymətləndirmək üçün onlar əmtəə və xidmət qrupları üzrə
dərindən təhlil aparılmasına imkan vermir. ÜDM-in tərkib hissələri
haqqında resurslar və onlardan istifadə balanslarında daha ətraflı məlumat
vardır. Bunlar öz əksini resurslar və onlardan istifadə cədvəllərində və
sahələrarası balansda tapır.
ÜDM-in sabit qiymətlərlə hesablanması adətən həm istehsal (ayrı-ayrı
sahələrdə yaradılmış əlavə dəyərin cəmi kimi), həm də son istifadə (son
286 istifadənin tərkib hissələrinin cəmi kimi) metodları ilə hesablandıqda
həyata keçirilir. Bu əməliyyat ÜDM-in tərkib hissələrinin sabit qiymət
lərlə qiymətləndirilməsi və alman nəticələrin cəmlənməsi yolu ilə aparılır.
Sabit qiymətlərlə hesablamalara verilən əsas nəzəri tələblərdən biri
eyniyyət prinsipinə əməl olunmasıdır. Bu o deməkdir ki, əgər toplu tərkib
hissələrinin cəmi kimi müəyyən olunarsa, deməli, bundan sabit qiymət
lərlə qiymətləndirmə zamanı da istifadə olunmalıdır. Bu isə o deməkdir
ki, sabit qiymətlərlə hesablanmış ÜDM-in kəmiyyəti onun sabit qiymət
lərlə tərkib hissələrinin cəminə bərabər olmalıdır. Buna uyğun olaraq
sabit qiymətlərlə hesablanmış ÜDM-in kəmiyyəti, onun sabit qiymətlərlə
qiymətləndirilmiş tərkib hissələrinin cəmi kimi də hesablana bilər.
Nəzəri cəhətdən ÜDM-in sabit qiymətlərlə qiymətləndirilməsinin
hər iki metodu (istehsal və son istifadə) ilə hesablanan kəmiyyəti bir-birinə
bərabər olmalıdır. Lakin təcrübədə cari qiymətlərlə qiymətləndirmədə
olduğu kimi, bu metodda da onların arasında labüd olaraq statistik fərq
əmələ gəlir. Bu zaman ÜDM-in hesablanmasında istifadə edilən infor
masiya hansı metodda etibarlıdırsa, ona üstünlük verilir və deməli, onu
əsas götürmək və fiziki həcm indeksini ona əsasən hesablamaq lazımdır.
ÜDM-in tərkib hissələrini sabit qiymətlərlə daha düzgün qiymətlən
dirmək üçün qiymət (deflyator) indeksləri sisteminə malik olmaq lazım
dır. Bunların içərisində istehsalçı qiymətləri, habelə əmtəə və xidmətlərin
istehlak qiymətləri indeksləri əsas yer tutur. ÜDM-i sabit qiymətlərlə
hesablamaq üçün lazım olan qiymət indekslərinin növləri məhsulların və
sahələrin təsnifləşdirilməsinə uyğun olaraq müəyyən edilir.