Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


RÜM-ün hesablanması aşağıdakı metodlara əsaslanır



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə177/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   173   174   175   176   177   178   179   180   ...   262
2-ci movzu demoqrafiya

RÜM-ün hesablanması aşağıdakı metodlara əsaslanır:
1) “aşağıdan yuxarıya” metodu. Bu metod ilkin informasiya kimi 
iqtisadi vahidlərin - rezidentlərin məlumatlarına əsaslanır. Çünki onların 
məlumatları cəmləndikdə region üzrə ümumi məlumat alınır. Regionlar 
üzrə məlumatların cəmi milli səviyyədə həmin göstəriciyə bərabər olma­
lıdır. Bu metodun üstünlüyü özünü onda göstərir ki, regional səviyyədə 
informasiya mənbələrindən birbaşa istifadə olunması mümkündür. Onun 
nöqsanı da vardır. Bu, ondan ibarətdir ki, regionlar və milli iqtisadiyyat 
üzrə məlumatları uyğunlaşdırmaq üçün əlavə hesablamalar aparmaq 
lazımdır;
2) ‘yuxarıdan aşağıya” metodu. Bu metodda ilkin informasiya kimi 
milli iqtisadiyyat üzrə göstəricinin kəmiyyəti sonradan hər hansı bir 
dolayı göstəricinin köməyilə regionlar arasında bölünür. Lakin bu zaman 
hər bir vahid üçün məlumat ayrılıqda göstərilmir. Bu metodun üstünlüyü 
ondadır ki, o, başlanğıcdan regionlar və milli iqtisadiyyat üzrə məlu­
matların bir-birinə uyğun gəlməsini təmin edir. Onun nöqsanı isə özünü 
onda göstərir ki, məlumatlar regionlara birbaşa deyil, dolayı yolla aid 
edilir, düzgünlüyünə kifayət qədər təminat verilmir;
3) Qarışıq metod. Bu, yuxanda göstərilən iki metodun qarışığını 
özündə əks etdirir. Başqa sözlə, bu metodda regionlar haqqında məlu­
matlardan qismən və bütövlükdə ölkə səviyyəsində münasib informasi­
yalardan istifadə olunur, onlar regionlar arasında mərkəzləşdirilmiş 
qaydada “yuxarıdan aşağıya” metodu ilə bölüşdürülür.
RÜM-ün hesablanmasının ən mühüm metodu “aşağıdan yuxarı­
ya” metodudur. 
Bu metod təsərrüfatçılıq edən subyektlərin fəaliyyəti 
haqqında bütövlükdə ölkə səviyyəsində olan məlumatlarla uyğunlaşdırıl­
mış zəruri informasiyaların olmasını nəzərdə tutur. Lakin ölkələrin çoxu­
nun təcrübəsində qarışıq metoda üstünlük verilir.
Ölkələrin əksəriyyətində RÜM istehsal metodu ilə hesablanır. 
Mə­
lum olduğu kimi, ÜDM-in istehsal və bölgü metodları ilə hesablanması 
iqtisadiyyatın sahələri və bölmələri üzrə həyata keçirilir. RÜM isə bu 
metodların köməyilə yalnız sahələr üzrə hesablana bilər.
294
RÜM-ün ayrı-ayrı tərkib hissələrinin son istifadə metodu ilə hesab­
lanması adətən çox böyük məhdudiyyətləri olan və əksəriyyət hallarda 
region səviyyəsində müəyyən hesablamaları aparmaq üçün informasiya 
bazası olmayan ölkələrdə yalnız analitik sorğu məqsədləri üçün həyata 
keçirilir. Məsələn, regionlar üzrə ev təsərrüfatlarının son istehlak xərclə­
rini hesabladıqda, onların həmin regionda əmtəə və xidmətlərin satın 
alınmasına sərf etdikləri xərclər aşağıdakı kimi təshih olunmalıdır: onun 
üzərinə regiondan kənarda (o cümlədən xaricdə) rezidentlərin əmtəə və 
xidmətlərin satın alınmasına sərf etdikləri xərc əlavə olunmalı və həmin 
regiona gələn (digər regionlardan və xaricdən) qeyri-rezidentlərin əmtəə 
və xidmətlərin satın alınmasına sərf etdikləri xərclər onun üzərindən 
çıxılmalıdır.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin