kənd təsərrüfatı məhsulları istehsalı); 2) ticarət (ayrı-ayrı
şəxslərin
istehlak malları bazarlarında xırda alverlə məşğul olmaları); 3) səhiyyə
(həkimlərin şəxsi fəaliyyəti, tibb müəssisələrində
həkimlərə və tibbi
heyətin digər üzvlərinə əlavə pul ödənilməsi); 4) tikinti (ev təsərrüfatları
tərəfindən özləri və sifariş əsasında başqaları üçün mənzilin tikintisi və ya
təmiri); 5) nəqliyyat (fərdi avtonəqliyyatla sərnişinlərin daşınması); 6)
təhsil (xüsusi tərbiyəçilərin, ali məktəblərə daxil olmaq üçün başqalarına
xidmət göstərən müəllimlərin əməyi); 7) sənaye (ev təsərrüfatlarında bəzi
qida məhsullarının və spirtli içkilərin hazırlanması; paltar və mebel
istehsalı; avtomobillərin və məişət texnikasının təmiri üzrə xidmətlər).
Lakin bütün bunların düzgün müəyyən olunması və ÜDM hesabla
narkən nəzərə alınmasında müəyyən çətinliklər meydana çıxır. Bu çətin
liklər daha çox məlumatların toplanması ilə əlaqədardır. Onların aradan
qaldırılmasında iqtisadiyyatın sabitləşdirilməsi,
vergi qanunvericiliyinin
təkmilləşdirilməsi, müəssisələrin və ev təsərrüfatlarının müayinəsi sahə
sində beynəlxalq standartlardan geniş istifadə olunması müsbət nəticələr
verə bilər.
Dostları ilə paylaş: