Pl/O 284 Burada:
Я1Р1 - cari dövrdə həmin dövrün qiymətləri ilə əmtəə və
xidmətlərin dəyərini;
Ip1/0 - əsas dövrə nisbətən cari dövrün qiymət indeksini;
^ 4 ı P o - əsas dövrün qiymətləri ilə cari dövrdə əmtəə və
xidmətlərin dəyərini göstərir.
İkiqat deflyasiya metodu da vardır. Bundan sabit qiymətlərlə əlavə
dəyəri hesablamaq üçün istifadə edilir. Bu metodun mahiyyəti ondan
ibarətdir ki, müvafiq qiymət indeksinin köməyilə cari qiymətlərlə
hesablanmış ümumi buraxılışın və aralıq istehlakın ardıcıl olaraq
deflyasiyası həyata keçirilir. Məlum olduğu kimi, sabit qiymətlərlə əlavə
dəyər sabit qiymətlərlə hesablanmış ümumi buraxılışla aralıq istehlak
arasındakı fərq kimi müəyyən edilir. Bir sıra ölkələrdə sabit qiymətlərlə
əlavə dəyəri hesablamaq üçün
sadələşdirilmiş metodlardan istifadə
olunur. Məsələn, Avropa İttifaqına üzv olan, habelə MDB-nin bir sıra
ölkələrində, o cümlədən Rusiya Federasiyasında sabit qiymətlərlə əlavə
dəyər ümumi buraxılış indeksinin köməyilə, cari qiymətlərlə əlavə
dəyərin deflyasiyası yolu ilə hesablanır. Başqa sözlə, birqat deflyasiyadan
istifadə edilir.
Ekstrapolyasiya metodunda əmtəə və xidmətlərin əsas dövrdəki dəyəri
onların fiziki həcminin əsas dövrə nisbətən cari dövrdə dəyişməsini əks
etdirən indeksə vurulur. Bunu aşağıdakı kimi yazmaq olar:
Xq,po “ ХчоРоЧ,*, Burada: ^ q 0p0 - əsas dövrdə əmtəə və xidmətlərin dəyəri;
I qı/n - əsas dövrə nisbətən cari dövrdə əmtəə və xidmətlərin fiziki
həcmi indeksi deməkdir.
Birbaşa (bilavasitə) qiymətləndirmə metodunda göstəricilər hesa
bat dövründə sabit qiymətlərlə istehsal edilmiş, yaxud da istifadə
olunmuş məhsulların miqdarmı əsas dövrün (ilin) müvafiq qiymətlərinə
vurmaq yolu ilə hesablanır. Bu metoddan əsas etibarilə kənd təsərrüfatı
və hasilat sənayesi məhsullarının istehsalı və onlardan istifadə göstəri
cilərini hesablamaq üçün istifadə edilir. Çünki bu sahələrdə nisbətən məh
dud sayda yekcins (eynitipli) məhsullar istehsal olunur. Və statistikanın
bu sahəsində bir qayda olaraq ən mühüm məhsulların (və ya məhsul
qruplarının) miqdarı və qiymətləri haqqında məlumatlar olur.