Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Əmsal isə “köhnə” əsas dövrün (1995-ci il) qiymət indeksinin “yeni” əsas



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə164/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   160   161   162   163   164   165   166   167   ...   262
2-ci movzu demoqrafiya

Əmsal isə
“köhnə” əsas dövrün (1995-ci il) qiymət indeksinin “yeni” əsas
dövrün qiymət indeksinə olan nisbəti kimi müəyyən edilir: (100 : 110
= 0,909). 
Bu əmsaldan istifadə olunması əsas götürülən “yeni” dövrlə 
(2000-ci il) müqayisə edilməklə yeni qiymət indeksləri sırasını (qrafa 3) 
əldə etməyə imkan verir. Məsələn, 1985-ci ilin indeksi 2000-ci ilin 
indeksinə belə çevrilir: 75,0 ■
0,909 = 68,2; Bu 3-cü qrafada 1985-ci ilin 
qarşısında yazılır. 1995 və 2000-ci illər üzrə də hesablama eyni qaydada 
aparılır. Başqa sözlə, hesablama nəticəsində 1995-ci il üzrə 90,9 (100 • 
0,909—90,9), 2000-ci il üzrə isə 100 (110 • 0,909) almır və bunların 
hamısı 3-cü qrafaya yazılır. Əsas götürülən “yeni” dövrdən istifadə 
olunmağa başlandıqdan sonra qiymət indekslərinin çevrilməsi aparılmır. 
2000-ci illə müqayisədə 2005-ci ilin qiymət indeksi olduğu kimi (106,0) 
saxlanılır. 4-cü qrafada əsas götürülən yeni dövrlə uyğunlaşdırılmaqla 
birləşdirilmiş qiymət indeksləri sırası verilir.
Bu qiymət indekslərindən ÜDM-i yeni sabit qiymətlərlə yenidən 
qiymətləndirmək, onun hər bir tərkib hissəsini isə müvafiq ilin cari 
qiymətləri ilə dəyərləndirmək məqsədilə deflyator kimi istifadə olunur. 
Bu yanaşmada ümumiyyətlə ÜDM və onun hər bir tərkib hissəsi üçün 
fiziki həcm indeksi əvvəlki əsas dövrdə istifadə olunduğu kimi qalır. 
Lakin ümumi daxili məhsulun strukturunda dəyişikliklər baş verdiyinə 
görə ÜDM-in ümumi kəmiyyəti ilə onun yeni sabit qiymətlərlə ayrı-ayrı 
tərkib hissələrinin cəmi arasında statistik fərq əmələ gəlir. 
Statistikada
bu fərq ayrıca maddədə göstərilir.
İkinci metodda ÜDM-in dinamika sırasını yeni sabit qiymətlərlə 
dəyərləndirmək üçün onun (yəni ÜDM-in) zəncirvarı fiziki həcm indeks­
lərindən istifadə edilir. Bu metodun aşağıdakı spesifik xüsusiyyətləri 
vardır:
1) 
əvvəlki sabit qiymətlərin qüvvədə olduğu dövrdə fiziki həcm 
indeksi dəyişmir;
282
2) yeni sabit qiymətlərə keçid baş verdikdə, həmin il üçün mütləq 
məlumatlar həm yeni, həm də əvvəlki sabit qiymətlərlə qiymətləndirilir;
3) əvvəlki sabit qiymətlərin qüvvədə olduğu dövrdəki mütləq məlu­
matlar yeni sabit qiymətlərlə qiymətləndirilir. Bu, keçid dövrünün cari 
qiymətləri ilə olan mütləq məlumatları əvvəlki (“köhnə”) sabit qiymətlərə 
əsasən zəncirvarı qaydada hesablanmış müvafiq dövrün fiziki həcm 
indeksinə bölmək yolu ilə müəyyən edilir. Daha aydın olsun deyə bu 
deyilənləri misalla izah edək. Tutaq ki, 2005-ci ildəki ÜDM-i yeni əsas 
ilin - 2014-cü ilin qiymətləri ilə qiymətləndirmək lazımdır. Bu, aşağıdakı 
kimi müəyyən edilir:
У
Я 2005 P 2014

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin