Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə184/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   180   181   182   183   184   185   186   187   ...   262
2-ci movzu demoqrafiya

İkincisi, 
əldə edilən qənaəti nağd pulun, banklardakı depozitin və 
digər maliyyə aktivlərinin (səhm, istiqraz və i. a.) artımı ilə eyniləşdirmək 
olmaz. Çünki maliyyə aktivlərinin artımı onların formasının dəyişməsi, 
yaxud da maliyyə öhdəliklərinin (təəhhüdlərinin) qəbul edilməsi ilə
302
əlaqədar olaraq baş verə bilər. Məsələn, nağd pulun artımı adətən borc 
alınması, səhmlərin və maddi aktivlərin satılması və s. nəticəsində baş 
verir. Digər tərəfdən isə qənaətdən maddi aktivlərin (torpağın, mənzilin) 
satın alınması üçün istifadə edilməsi mümkündür. C.Hiksin fikrincə, bu 
zaman da maliyyə aktivlərinin artımı sərəncamda olan gəlirlə istehlaka 
sərf olunan xərc arasındakı fərqə bərabər olur. Nəzəri cəhətdən belə bir 
fərziyyə də mümkündür ki, maliyyə aktivləri azaldığı hallarda da qənaət 
əldə edilə bilər. Bu, maliyyə aktivlərinin azalmasının maddi aktivlərin 
xalis artımı hesabına “örtüldüyü” hallarda mümkün ola bilər.
Üçüncüsü, 
təsadüfi səbəblərlə (inflyasiya, yaxud da aktivlərin dəyəri­
nin hər hansı bir kənar amillin, məsələn, dəmir yolunun yaxınlığında 
yerləşən torpaqların qiymətinin bahalaşmasının təsiri ilə dəyişməsi) 
əlaqədar kapitalın artımı gəlir kimi nəzərdən keçirilə bilməz.
Qeyd etmək lazımdır ki, gəlirlər haqqında C.Hiksin ümumi konsep­
siyası MHS-nin 1993-cü il variantında ən mühüm makroiqtisadi göstə­
ricilərin (ümumi daxili məhsul, milli gəlir, sərəncamda olan gəlir, qənaət 
və i. a.) hesablanması, vahid şəklə salınma (unifikasiya) və təsnifləşdir- 
mələrin aparılması üçün konkretləşdirilmişdir. 
Bu, hər şeydən əvvəl öz
ifadəsini istehsalın son nəticələri ilə ölçülən gəlirlərin cəminin əlavə
dəyərin cəminə bərabər olmasında tapır. 
Başqa sözlə, xarici iqtisadi 
əlaqələrlə bağlı amillər nəzərə alınmadan milli gəlir, iqtisadiyyatın bütün 
bölmələrində yaradılan əlavə dəyərin cəminə bərabərdir. Buna uyğun 
olaraq aktivlərin dəyərində inflyasiya, yaxud da təsadüfi xarakter daşıyan 
digər amillərin təsiri ilə əmələ gələn və istehsalla əlaqədar olmayan hər 
hansı bir dəyişiklik, habelə satış, özəlləşdirmə və s. səbəblərdən mülkiy­
yət hüququnun başqasına keçməsi nəticəsində əmlakın dəyərinin artımı 
gəlir hesab olunmur.
Bu yanaşmaya uyğun olaraq istehsal edilmiş məhsulların dəyəri və 
yaradılmış gəlirlər 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin