Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


“iqtisadi aktivlər”dən ibarət statistika



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə195/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   191   192   193   194   195   196   197   198   ...   262
2-ci movzu demoqrafiya

“iqtisadi aktivlər”dən ibarət statistika
göstəriciləri toplusu 
isə BMT-nin statistika komissiyası tərəfindən 1993- 
cü ildə beynəlxalq standartlar sistemi kimi qəbul edilmişdir.
Bu standartlara görə milli sərvət əmtəələrin istehsalı, xidmətlərin gös­
tərilməsi və insanların yaşamasının təmin edilməsi üçün zəruri olan 
resursların (iqtisadi aktivlərin) toplusudur. Milli sərvətin həcmini müəy­
yən etmək üçün ölkənin malik olduğu iqtisadi aktivlərdən öz üzərinə 
götürdüyü maliyyə öhdəliklərini (təəhhüdlərini) çıxmaq lazımdır, «iqti­
sadi aktivlər» terminindən ölkənin malik olduğu milli sərvətin tərkibinə 
daxil edilən ünsürlərin müəyyən olunması üçün geniş istifadə olunur. 
Bunlara fərdi və kollektiv mülkiyyətdə olan və sahibinə müəyyən iqtisadi 
səmərə gətirən obyektlər aiddir. Məsələn, istehsal prosesində avadanlıq­
lardan istifadə etmək və onları başqasına icarəyə verməklə mənfəət, 
maliyyə aktivlərinə sahib olmaqla isə gəlir əldə etmək olar. Məsələyə 
başqa bir prizmadan yanaşdıqda demək olar ki, milli sərvət 
ölkənin
iqtisadi ərazisində 
fəaliyyət göstərən bütün təsərrüfat subyektlərinin 
(rezidentlərin) malik olduqları qeyri-maliyyə və maliyyə aktivlərinin 
toplusundan ibarətdir. Beləliklə, Milli hesablar sisteminə (MHS) uyğun 
olaraq milli sərvətin tərkibinə daxil edilən bütün iqtisadi aktivlər iki 
qrupa bölünür: 1) qeyri-maliyyə aktivləri; 2) maliyyə aktivləri.
314
Qeyri-maliyyə aktivləri də iki yerə bölünür:
1) istehsalın məhsulu olan qeyri-maliyyə aktivləri;
2) istehsalın məhsulu olmayan qeyri-maliyyə aktivləri.
İstehsalın məhsulu olan qeyri-maliyyə aktivləri aşağıdakı kimi 
təsnifləşdirilir:
1) istehsalın məhsulu olan maddi aktivlər;
2) istehsalın məhsulu olan qeyri-maddi aktivlər.
İstehsalın məhsulu olan maddi aktivlərə aşağıdakılar daxildir:
1) əsas fondlar. Əsas fondların özləri də iki yerə bölünür: a) maddi 
əsas fondlar (yaşayış və digər bina və qurğular, maşın və avadanlıqlar, 
becərilən və ya yetişdirilən aktivlər (kənd təsərrüfatında cins məhsuldar 
və iş heyvanları, bar verən bağlar, üzümlüklər və uzun müddət məhsul 
verən digər çoxillik əkmələr); b) qeyri-maddi əsas fondlar (faydalı qazıntı 
yataqlarının kəşfiyyatı, EHM-in proqram təminatı, əyləncəli janr, 
ədəbiyyat və incəsənət əsərlərinin orijinalları, digər qeyri-maddi əsas 
fondlar);
2) maddi dövriyyə vəsaitləri ehtiyatları;
3) qiymətlilər.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin