lərdəki yabanı bitki məhsullarının yığılması, balıqçılıq, ovçuluq) kimi
qiymətləndirilir. Bundan başqa institusional vahidlərin nəzarəti altında
bitki və heyvanların artımı da MHS-də istehsalın müəyyən olunmuş
hüdudlarına
daxil edilir, məhsul buraxılışı hesab olunur və istehsalm
məhsulu olan aktivlərə aid edilir. Buna südlük naxırın, meyvə ağaclarının
əsas kapitala (əsas fondlara) aid edilməsini misal göstərmək olar.
Torpağın altındakı su resursları
- lay sularından və başqa qrunt su
larından ibarətdir.
İqtisadi dövriyyəyə cəlb edilən təbii sərvətlərin (torpaq, faydalı
qazıntılar, su resursları və i. a.) qiymətləndirilməsi çətin olsa da, onların
dəyərinin müəyyən edilməsi mümkündür.
Bu məqsədlə ixtiyari
qiymətlərdən istifadə oluna bilər. Lakin bu, elmi cəhətdən əsaslandırma
tələb edir və onun metodika və metodologiyasınm hazırlanmasına cəhd
göstərilməsi müsbət nəticələr verə bilər.
Dostları ilə paylaş: