Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


İstehsalın məhsulu olmayan



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə199/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   195   196   197   198   199   200   201   202   ...   262
2-ci movzu demoqrafiya

İstehsalın məhsulu olmayan
yaxud da istehsal prosesində yaradıl­
mamış aktivlər hüquqi və ya qeydiyyata alınmış fəaliyyət növü ilə əlaqə­
dar istehsal prosesindən kənarda hazırlanan aktivlərə deyilir. Bu aktivlərə 
aid olan sənədlər sahiblərinə hər hansı bir konkret fəaliyyət növü ilə 
məşğul olmaq və onların icazəsi (razılığı) olmadan digər institusional 
vahidlərin həmin işlə məşğul olmalarına qadağa qoymaq hüququ verir.
Qudvil 
- müştərilərin həmin qurumun xidmətlərindən daim istifadə et­
məyə inam yaradan amillərin toplusu deməkdir. Bu aktivlərə daimi müş­
tərilərin “əldə saxlanması”, işgüzar əlaqələr, etibaretmə, firmanın adı, 
istifadə olunan ticarət markası, rəhbər işçilərin səriştəliliyi, fəaliyyət gös­
tərən işçi heyətinin peşəkarlığı və s. aiddir.
Maliyyə aktivlərinin səciyyəvi cəhəti 
ondan ibarətdir ki, bunların 
çoxu digər institusional vahidlər qarşısında götürülmüş öhdəlikləri əks 
etdirir. Lakin qeyd etmək lazımdır ki, burada sikkə və külçə qızıl, xüsusi 
əvəzetmə hüququ istisnalıq təşkil edir. Maliyyə öhdəliyi bir institusional 
vahid özünə məxsus olan maliyyə resurslarını başqa bir institusional 
vahidə verdikdə meydana çıxır. Bu zaman kreditor (borc verən) verdiyi 
vəsaitin - maliyyə aktivlərinin müqabilində debitordan (borc alandan) 
bağlanmış müqaviləyə uyğun olaraq müəyyən məbləğdə haqq alır. Bu 
ödəniş kreditor üçün maliyyə aktivi, debitor üçün isə maliyyə passivi 
hesab olunur. Sikkə və külçə qızıl, həmçinin BVF-nin xüsusi əvəzetmə 
hüququ da maliyyə aktivi hesab olunur. Lakin onlar üçün müvafiq 
maliyyə passivi olmur.
318
Maliyyə aktivlərinə aşağıdakılar aiddir:
1) Dövlətin pul-kredit müəssisələrində sikkə və ya külçə formasında 
saxlanılan mərkəzləşdirilmiş qızıl ehtiyatı. Bunlar ölkənin alıcılıq qabiliy­
yəti ehtiyatını yaratmaq üçün satın alınır;
2) Xüsusi əvəzetmə hüququ. Bu, BVF tərəfindən yaradılan və onun 
üzvləri arasında bölüşdürülən beynəlxalq ehtiyat və tədiyə vasitəsidir. 
Aktivlərin bu növü əslində BVF-nin xüsusi hesablarında qeydlər 
aparılması yolu ilə beynəlxalq miqyasda nağdsız hesablaşmalar üçün 
istifadə olunan dünya puludur;
3) Nağd pullar (valyutalar). Bunlar hesablaşmaları aparmaq üçün 
istifadə edilən və tədavüldə olan banknot və sikkə pullardan ibarətdir. 
Nağd pulların tədavülə buraxılması onu buraxan müəssisənin (adətən 
Mərkəzi bankın) öhdəliyi hesab edilir;
4) Depozitlər. Müəssisələrə, sahibkarlara, digər hüquqi və fiziki şəxs­
lərə məxsus olub, saxlanılmaq üçün banka verilən pul vəsaitidir. Depo­
zitlər də nağd pullar kimi milli və ya xarici valyuta ilə saxlanıla, rezident- 
müəssisələrin, yaxud da qalan dünyanın öhdəliyi hesab edilə bilər;
5) Qiymətli kağızlar (səhmlərdən başqa). Qiymətli kağız sahibinin 
onu buraxan qarşısında əmlak hüququnu təsdiq edən pul sənədidir. 
Bunlara veksellər, istiqrazlar, depozit sertifikatları, özəlləşdirmə çekləri 
və s. aiddir;
6) Borclar. Vəsait kreditor tərəfindən bilavasitə debitora verilərkən 
meydana çıxan maliyyə münasibətidir;
7) Səhmlər və səhmdar kapitalın digər növləri. Səhmdar cəmiyyətinin 
nizamnamə kapitalına vəsait qoyuluşu müqabilində müəyyən paya 
sahibolma və dividend şəklində mənfəətdən payalma hüququ verən 
sənəddir;
8) Texniki sığorta ehtiyatları. Bunlar sığorta əməliyyatlarının aparıl­
ması ilə əlaqədar olaraq yaradılan maliyyə aktivlərindən ibarətdir. Sığorta 
haqqı ilə ödənilən sığorta məbləği arasında əmələ gələn müvəqqəti fərq 
sığorta təşkilatlarına texniki ehtiyat formasında çox böyük məbləğdə 
vəsait toplamaq imkanı verir. Sığorta orqanları üçün onun formalaş­
dırılması məcburidir. Çünki bu, onların sığorta olunanlar qarşısında 
üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəklərinə dair maliyyə 
təəhhüdüdür.
Birbaşa xarici investisiyaları da maliyyə aktivlərinə aid edirlər. Bunlar 
bütövlükdə iqtisadiyyat və onun ayrı-ayrı bölmələri üzrə arayış for-
319


masında müəyyənləşdirilir. Çünki onların müvafiq maliyyə aktivləri, 
yaxud da öhdəlikləri (səhm, ssuda və i. a.) yuxarıdakı qrupların tərkibində 
uçota alınır. Bunların ümumi məbləğinin müəyyən olunması balansın 
aktiv və passiv hissələrinin, MHS-nin digər hesabları, həmçinin tədiyə 
balansı ilə əlaqələndirilməsinin zəruriliyi ilə bağlıdır.
Rəsmi statistik nəşrlərdə yalnız əsas fondlar, maddi dövriyyə vəsaitləri 
və əhalinin ev əmlakı dəyər ifadəsində göstərilir. Təbii resursların 
mövcudluğu haqqında məlumatlar isə natura ifadəsində verilir. Belə ki, 
torpaq resursları (kənd təsərrüfatına yararlı və meşə torpaqları, yerüstü 
sular və i. a.), iri göllərdə və sutatarlardakı suyun orta illik həcmi, su və 
meşə resursları (meşəliklər, oduncağm ümumi ehtiyatı), kəşf olunmuş 
ayrı-ayrı faydalı qazıntı ehtiyatlarının həcmi haqqında informasiyalar 
işlənib hazırlanır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 
rəsmi nəşrlərindəki məlumatlara əsasən ölkəmizin malik olduğu milli 
sərvətin ən mühüm tərkib ünsürlərindən biri — əsas fondlar haqqında 
mühakimə yürütsək deyə bilərik ki, rəsmi statistik məlumata görə 
Azərbaycan Respublikasında 2013-cü il yanvarın 1-nə balans dəyəri ilə 
iqtisadiyyatda olan əsas fondların dəyəri 82233,2 mln. manata bərabər 
olmuş, 2012-ci ildə 10194,1 mln. manatlıq əsas fondlar istifadəyə 
verilmiş, əsas kapitala 15407,3 mln. manat investisiya qoyulmuşdur.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin