Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Milli sərvətin tərkib hissələrinin qiymətləndirilməsi



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə200/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   196   197   198   199   200   201   202   203   ...   262
2-ci movzu demoqrafiya

11.2. Milli sərvətin tərkib hissələrinin qiymətləndirilməsi
Statistikanın qarşısında duran ən mühüm vəzifələrdən biri milli sərvə­
tin tərkib hissələrinin qiymətləndirilməsidir. Hazırda yalnız əsas fondla­
rın, maddi dövriyyə vəsaitlərinin, əhalinin mülkiyyətində olan ev əmla­
kının (uzun müddət istifadə olunan istehlak malları) qiymətləndirilməsi 
aparılır. Çünki MHS-nin tərkib hissəsi olan iqtisadi aktivlər və passivlər 
balansında milli sərvətin bütün tərkib hissələrinin kompleks şəkildə 
qiymətləndirilməsi üçün lazımi metodika hələ işlənib hazırlanmamışdır.
MHS-nin 1993-cü ildə qəbul edilmiş metodologiyasma uyğun olaraq 
əsas
fondlar 
və əhalinin ev əmlakı köhnəlmə çıxılmaqla 
bərpa, maddi dövriyyə
vəsaitləri isə əldə edilmə dəyəri ilə qiymətləndirilməlidir. 
Təcrübədə isə 
əsas fondlar ya tam ilk və qalıq, yaxud da tam bərpa və qalıq dəyəri ilə qiy­
mətləndirilir. Maddi dövriyyə vəsaitləri mühasibat uçotunun məlumatlarına 4
9
49 Əsas fondların qiymətləndirilməsi metodlarından bu fəslin 6-cı yarımfəslində ətraflı bəhs 
olunur.
320
əsasən əldəedilmə (satınalma) qiymətləri ilə qiymətləndirilir. Müəssisələrə bu 
aktivləri ya ilk dəfə satm alman maddi dövriyyə vəsaitlərinin qiymətləri 
(FIFO), ya axırıncı dəfə satm alman maddi dövriyyə vəsaitlərinin qiymətləri 
(LIFO), yaxud da orta qiymətlərlə qiymətləndirmək hüququ verilir. Maddi 
dövriyyə vəsaitləri cari qiymətlərlə də yenidən qiymətləndirilə bilər. Lakin 
qeyd etmək lazımdır ki, bu qiymətləndirmə metodundan hələ istifadə olun­
mur.
Yuxarıda göstərildiyi kimi, iqtisadi dövriyyəyə cəlb edilmiş təbii sər­
vətlərin (torpaq, faydalı qazıntılar, su resursları və i. a.) dəyəri hesab­
lanmır, onlar yalnız natura ifadəsində göstərilir. Lakin torpaq sahələrinin 
yaxşılaşdırılması və torpaq üzərində olan mülkiyyət hüququnun başqasına 
verilməsi ilə əlaqədar olan xərclər (daşınmaz əmlakla əlaqədar aparılan 
əməliyyatlara görə vəkillərin, müvəkkillərin və digər vasitəçilərin göstər­
dikləri xidmətin haqqının ödənilməsi, bu əməliyyatlarla bağlı vergi və 
rüsumlar) istehsalın məhsulu olan aktivlərin — əsas fondların tərkibində 
öz əksini tapır. Torpaqların və digər təbii resursların müəssisələr tərəfin­
dən satm alınan və deməli, onların mülkiyyətində olan hissəsi mühasibat 
və statistika hesablarında müvafiq ilin şərti əldəedilmə qiymətləri ilə 
göstərilir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin