Əhalinin şəxsi mülkiyyətində olan ev əmlakını bu metodla qiymətlən
dirmək üçün qeyri-ərzaq malları üzrə əmtəə dövriyyəsi, habelə ev təsər
rüfatları büdcəsinin müayinəsi haqqında məlumatlardan istifadə olunur.
Əhalinin şəxsi mülkiyyətində olan əmlakın qalıq dəyəri müəyyən bir
tarixə onun real dəyərini, tam ilk dəyəri isə maddi (iqtisadi) nemətlərin
fiziki həcmini göstərir.
Bazar iqtisadiyyatı şəraitində milli sərvətin tərkib hissələrini qiymət
ləndirmək üçün tarixən (vaxtilə) uçota alınmış, əvəzetmə (dəyişdirmə),
subyektiv (evrestik) və bazar dəyəri anlayışlarından istifadə olunur.
Tarixən uçota alınmış dəyər ilk (və ya tam ilk) dəyərə uyğun gəlir.
Əvəzetmə (dəyişdirmə) dəyəri bərpa dəyərini əks etdirir. Subyektiv dəyər
obyekt sahibinin özünün qiymət qoymasına əsaslanır və gələcək gəlirin
kapitallaşdırılmış dəyəri ilə müəyyən olunur. Bazar dəyəri satıcı ilə
alıcının subyektiv fikrinin üst-üstə düşməsi nəticəsində əmələ gəlir.
Dostları ilə paylaş: