Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Maddi dövriyyə vəsaitləri



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə204/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   200   201   202   203   204   205   206   207   ...   262
2-ci movzu demoqrafiya

Maddi dövriyyə vəsaitləri 
ehtiyatlarının dəyişməsi dedikdə, istehsal 
ehtiyatlarının, bitməmiş istehsalın, hazır məhsulların və satılmaq üçün 
satın alman əmtəələrin dəyərinin dəyişməsi nəzərdə tutulur. Ehtiyatların 
dəyişməsi onların dəyəri haqqında dövrün axırına və əvvəlinə olan 
məlumatlar arasındakı fərq kimi müəyyən edilir. Həm də bu zaman 
qiymətlərin təsirini aradan qaldırmaq üçün ehtiyatlar orta illik bazar 
qiymətləri ilə qiymətləndirilir.
Qiymətlilərin xalis alqışı. 
Bu, xaric olan aktivlərin dəyəri çıxılmaqla 
satın alınan qiymətlilərin (qiymətli metalların, qiymətli daşların, əntiq 
məmulatların, kolleksiyaların və başqa təsviri incəsənət əsərləri) dəyərini 
səciyyələndirir.
Torpağın və digər qeyri-maddi aktivlərin 
xalis alqışı. Bunlar 
torpaq, faydalı qazıntılar, becərilməyən bioloji və yeraltı su resursları 
kimi təbii aktivlərin əldəedilmə dəyəri (xaricolma dəyəri çıxılmaqla), 
həmçinin icarə və müəllif hüquqlarından, patentdən, lisenziyadan, ticarət 
markasından, satın alınmış işgüzar əlaqələrdən ibarət istehsalın məhsulu 
olmayan qeyri-maddi aktivlərin dəyərini ifadə edir. Həm də şərti olaraq 
belə hesab edilir ki, bu aktivlərin alqı-satqı əməliyyatları yalnız 
rezidentlər arasında həyata keçirilə bilər. Və bu səbəbdən də həmin 
göstərici bütövlükdə iqtisadiyyat üzrə sıfıra bərabər olur.
Xalis kreditlər (+), yaxud da xalis borclar 
(-). Bunlar qeyri-maliyyə 
aktivlərinin xalis alqışı ilə əlaqədar olan xərclərlə müqayisədə investi­
siyaların maliyyələşdirilməsi mənbələrinin artması, yaxud da azalması 
deməkdir. Bütövlükdə iqtisadiyyat səviyyəsində xalis kreditlər və xalis 
borclar ölkənin “qalan dünyanın” sərəncamına, yaxud da əksinə, “qalan 
dünyanın” ölkənin sərəncamına verdiyi resursların həcmini göstərir.
ÜDM-dən milli sərvətin tərkib hissələrinin (əsas kapitalın, maddi döv­
riyyə vəsaitlərinin, ev təsərrüfatları əmlakının) yığımı üçün istifadə olunur. 
2005 və 2012-ci illərdə Azərbaycan Respublikasında ÜDM-dən istifadə 
olunmasını səciyyələndirən məlumatları 13.2 cədvəlindən ay dm görmək 
olar.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin