Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Milli sərvət statistikasının təkmilləşdirilməsi



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə206/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   202   203   204   205   206   207   208   209   ...   262
2-ci movzu demoqrafiya

11.4. Milli sərvət statistikasının təkmilləşdirilməsi
BMT-nin statistika komissiyası və beynəlxalq maliyyə təşkilatları 
MHS-nin, onun göstəricilər sisteminin təkmilləşdirilməsi sahəsində daim 
axtarışlar aparırlar. Məsələn, 1997-ci ildə Dünya Bankı milli sərvətin 
tərkib hissələrinin təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış etmişdir. 
Bank
milli sərvətə insan potensialı - insan kapitalı göstəricisinin əlavə
olunması təklifini irəli sürmüşdür. 
Bununla da Dünya Bankı iqtisadi 
artım amilləri nəzəriyyəsindən “insanın və onun malik olduğu potensialın 
sabit inkişafı” nəzəriyyəsinə keçilməsi təklifi ilə bu sahədə təkmilləş­
dirmə aparılmasının başlanğıcını qoymuşdur. Başqa sözlə, burada 
nəzərdə tutulur ki, insanların inkişaf etdirilməsi son məqsəd, iqtisadi 
artım isə bu məqsədə nail ounmasınm vasitəsidir.
Dünya Bankı tərəfindən işlənib hazırlanmış milli sərvət haqqında kon­
sepsiyaya uyğun olaraq ölkələrin ümumi daxili məhsulundan cari istehlak 
və yığım üçün istifadə edilir. Həm də istehlak xərclərinin xeyli hissəsi 
(ailələrin və dövlətin yemək şeylərinə, paltara, mənzilin saxlanmasına, 
təhsilə, səhiyyəyə, mədəniyyətə, istirahətə və insanların digər tələbatla­
rının ödənilməsinə sərf etdikləri cari xərclər) insan kapitalının təkrar 
istehsalına, yəni ölkənin fiziki və mənəvi sərvətinin inkişaf etdirilməsinə 
yönəldilməlidir. Beləliklə, Dünya Bankı təklif edir ki, insan kapitalı gös­
təriciləri müəyyən olunarkən işçilərin təhsili, peşə hazırlığı, səhiyyənin 
inkişaf etdirilməsi üçün əhali və dövlət tərəfindən sərf olunan xərclər 
haqqında məlumatlar əsas götürülsün.
Milli sərvət haqqmda genişləndirilmiş konsepsiyaya uyğun olaraq 
təbii kapital da yığım anlayışına daxil edilməlidir. Dünya Bankı təklif 
edir ki, əkin yeri, örüş-otlaq yerləri, meşələr, meşələrin qeyri-ağac məh­
sulları, qoruq əraziləri və faydalı qazıntılar dünya qiymətləri əsasında va­
hid qiymətləndirmə prinsipləri və bu resurslardan istifadəyə görə vahid 
valyuta ilə renta ödənişləri əsas götürülməklə, təbii kapitala daxil edil­
məlidir. Məsələn faydalı qazıntıların — hesablama aparılan dövrdə
326
rentanın illik məbləği, yaxud da istehlak olunan əsas kapitalın dəyəri çı­
xılmaqla resursların hasilatından əldə edilən iqtisadi mənfəət və resurs­
ların işlənməsi dövründə götürülən mənfəətə əsasən qiymətləndirilməsi 
tövsiyə edilir. Meşələrin də cari renta ödənişləri əsasında qiymətləndiril­
məsi məsləhət görülür. Təbii resursların tərkibinin müəyyən edilməsi və 
qiymətləndirilməsi üçün vahid prinsiplərin işlənib hazırlanması müqayi­
səli təhlil aparmağa və ayrı-ayrı resurs növlərinin əhəmiyyətini aşkara 
çıxarmağa imkan verə bilər.
Təkrar istehsal olunan kapital konsepsiyası (əsas istehsal və əsas 
qeyri-istehsal fondları, dövriyyə kapitalı, əhalinin şəxsi mülkiyyətində 
olan əmlak və i. a.) BMT-nin Statistika komissiyası tərəfindən işlənib 
hazırlanmış və 1993-cü ildən MHS-də istifadə olunan müddəalara əsas­
lanır. 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin