Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Milli sərvətin tərkib hissələri ilə MHS-nin göstəriciləri arasında



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə202/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   198   199   200   201   202   203   204   205   ...   262
2-ci movzu demoqrafiya

11.3. Milli sərvətin tərkib hissələri ilə MHS-nin göstəriciləri arasında
qarşılıqlı əlaqə
Hazırda Azərbaycan Respublikasında beynəlxalq uçot və statistika 
sisteminə keçid şəraitində milli sərvətin bütün tərkib hissələrinin qiymət­
ləndirilməsi mümkün deyildir. Lakin MHS-dəki bəzi hesablarda milli 
sərvətin tərkib hissələri haqqında məlumat vardır. Bunlara əsasən milli 
sərvətin strukturu və dinamikası təhlil olunur. Məsələn “kapital ilə əmə­
liyyatlar hesabı” əsas və dövriyyə fondlarının (əsas və dövriyyə kapita­
lının) real yığımı prosesinə, qeyri-maddi və maliyyə aktivlərinə, habelə 
onun maliyyələşdirilməsi mənbələrinə xarakteristika vermək üçün 
nəzərdə tutulmuşdur. Bu hesabda institusional vahidlər - rezidentlər 
tərəfindən əldə edilən qeyri-maliyyə aktivlərinin dəyəri, yaxud da onların 
xaric olması əks etdirilir. Yığım və transfertlər hesabına xüsusi kapitalın 
(milli sərvətin) xalis dəyərinin dəyişməsi də bu hesabda göstərilir. Əsas 
və dövriyyə fondlarının, habelə digər aktivlərin yığımı həmin ildə əmək 
sərfi nəticəsində milli sərvətin artımını ifadə edir.
Kapital ilə əməliyyatların əsas maliyyələşdirmə mənbələri ümumi yı­
ğım, verilmiş kapital transfertlər çıxılmaqla alınmış kapital transfertlərdir.
Azərbaycan Respublikasında 1995-2011-ci illərdə kapital əməliyyat­
ları (əsaslı xərclər) hesabının ehtiyatlan və istifadəsi 11.1 cədvəlində 
göstərildiyi kimi olmuşdur. 5
0
322
Cədvəl 11.1
Kapital ilə əməliyyatlar (əsaslı xərclər) hesabı
(cari qiymətlərlə, mln. manat)50
Göstəricilər
İllər
1995
2004
2005
2009
2010
2011
Ehtiyatlar
Üm um i qənaət
155,4
2871,3
5536,1 14838,9 19475,0
24799,8
Q alan dünyadan alınmış 
kapital transfertlər (+)
26,6
33,9
74,7
1547,5
1679,9
1984,1
Qalan dünyaya verilmiş 
kapital transfertlər (-)
26,6
38,0
35,9
1540,1
1668,5
1970,1

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin