Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


“əsas fondun ləğv dəyəri”



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə210/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   206   207   208   209   210   211   212   213   ...   262
2-ci movzu demoqrafiya

“əsas fondun ləğv dəyəri” 
deyilir.
Əsas fondların bərpa dəyəri dedikdə
onların oxşar materiallardan 
istifadə olunmaqla və bütün parametrləri saxlanılmaqla müasir şəraitdə 
bərpa edilməsinə sərf olunan (və ya edilə biləcək) xərclər nəzərdə tutulur. 
Tam bərpa və köhnəlmə çıxılmaqla tam bərpa dəyəri (bərpa-qalıq dəyəri) 
bir-birindən fərqləndirilir.
Tam bərpa dəyəri 
yeni əsas fondların yaradılmasına sərf olunan 
xərcləri ifadə edir və onlar yenidən qiymətləndirilərkən real vəziyyət 
(müqavilə qiymətləri, tikinti-quraşdırma işlərinin aparılmasının smeta 
qiymətləri, tikinti materiallarının, yanacağın, enerjinin, maşın və avadan­
lıqların, inventarların topdansatış qiymətləri, nəqliyyat tarifləri və i. a.) 
nəzərə alınır.
Qalıq-bərpa dəyəri 
(və ya köhnəlmə çıxılmaqla əsas fondların qalıq 
dəyəri) - bu, hələ əsas fondların üzərində qalan, yəni istehsal xərclərinə 
daxil edilməmiş dəyəri deməkdir. Bu, əsas fondların yenidən qiymətlən­
dirilməsinin nəticələri nəzərə alınmaqla onların tam bərpa dəyəri ilə 
köhnəlmə dəyəri (mühasibat uçotunun məlumatlarına əsasən) arasındakı 
fərq kimi müəyyən edilir.
Mühasibat uçotunda 
əsas fondlar qalıq dəyəri, 
başqa sözlə, onların 
əldə olunmasına, quraşdırılmasma və hazırlanmasına çəkilən faktiki 
xərclərdən hesablanmış amortizasiya məbləği çıxılmaqla, yerdə qalan 
dəyərlə, büdcə təşkilatlarında isə 
tam ilk dəyərlə 
uçota alınır.
Bundan başqa, mühasibat uçotunda cari bazar dəyəri (reallaşdırma 
dəyəri) də müəyyən olunur. Bu, obyektlərin satılması, yaxud da onların 
ləğv olunması müddəti başa çatdıqda satışdan əldə edilə biləcək pul 
vəsaitinə və ya onun ekvivalentinə bərabər olur.
Məlum olduğu kimi, elmi-texniki tərəqqi fasiləsiz bir prosesdir. Onun
330
təsiri ilə əsas fondların tərkib hissələrinin əksəriyyəti mənəvi aşınmaya 
məruz qalır. Hər gün demək olar ki, yeni-yeni kəşflər, ixtiralar olur və 
bunlar təbii olaraq əsas fondların mənəvi aşınmasını sürətləndirir. Belə 
bir şəraitdə əsas fondların yenidən qiymətləndirilməsinin zəruriliyi də 
artır.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin