Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Yenidən qiymətləndirmə zamanı



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə211/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   207   208   209   210   211   212   213   214   ...   262
2-ci movzu demoqrafiya

Yenidən qiymətləndirmə zamanı 
əsas fondların tam bərpa dəyəri 
aşağıdakı üsullarla müəyyən oluna bilər:
1) Oxşar obyektlərin rəsmi surətdə təsdiq olunmuş qiymətlərinə 
əsasən tam bərpa dəyərinin müəyyən edilməsi;
2) Təsdiq olunmuş əmsallar əsasında əsas fondların ilk dəyərinin in- 
deksləşdirilməsi yolu ilə onun bərpa dəyərinə çevrilməsi.
Hər iki üsul elmi-texniki tərəqqi ilə əlaqədar əsas fondların bərpa 
dəyərinin müəyyən olunmasında müsbət rol oynayır.
11.7. Əsas fondların amortizasiyası
Əsas fondlar istehsal prosesində istifadə olunduqca fiziki və mənəvi cə­
hətdən köhnəlir və bunun nəticəsində onların yeniləri ilə əvəz olunmasının 
zəruriliyi meydana çıxır. Bu, amortizasiya ayırmaları vasitəsilə həyata 
keçirilir. Belə ki, istehsal olunan məhsullar reallaşdırıldıqca satışdan daxil 
olan pul vəsaitinin tərkibində müəssisəyə qayıdan amortizasiya məbləği 
eyni adlı fondda toplanır.
Beləliklə, amortizasiya prosesi aşınmış və köhnəlmiş əsas fondların - 
maşınların, avadanlıqların, cihazların, nəqliyyat vasitələrinin, bina və 
tikililərin və s. - yeniləri ilə əvəz olunması deməkdir. Əsas fondların köh­
nəlməsi öz əksini onun dəyərinin bir hissəsinin hər il xüsusi fonda -
amortizasiya fonduna keçirilməsində tapır.
İllik amortizasiya ayırmaları məbləği (A) aşağıdakı düsturla müəyyən 
olunur:
A _ F ^ - F ^ + Ə T  
T
Burada: A - illik amortizasiya məbləği; Ft.i.d. - əsas fondların tam ilk 
dəyəri; Fid. - əsas fondların ləğv olunmasından əldə edilən vəsait; ƏT - 
əsas fondlardan amortizasiya hesablandığı müddətdə onun əsaslı təmiri 
üçün nəzərdə tutulan xərc; T - əsas fondlardan amortizasiya ayırmalarının 
hesablandığı dövrün davam etdiyi müddət (il) deməkdir.
Amortizasiya ayırmaları təsdiq olunmuş normalara uyğun olaraq əsas 
fondların (əsas kapitalın) tam bərpası üçün nəzərdə tutulur. Bu normalar
331


əsas fond qrupları və növləri üzrə bir-birindən fərqlənir. Amortizasiya 
ayırmaları məbləğinin əsas fondların orta illik dəyərinə (və ya tam ilk 
dəyərinə) faizlə olan nisbətinə onun norması deyilir və aşağıdakı düsturla 
hesablanır:
A„ = —
x l 0 0 %
F
Г t.i.d.
Hazırda amortizasiya ayırmaları normalarım müəyyən etmək üçün 
2002-ci il yanvarın 1-dən qüvvəyə minmiş ayrı-ayrı amortizasiya 
qruplarına daxil edilən “əsas vəsaitlərin təsnifləşdirilməsi”ndən istifadə 
olunur. Əsas fondlar bu siyahıda xidmətetmə müddətindən asılı olaraq 10 
qrupa bölünmüşdür (cədvəl 11.3.)

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin