Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Ümumi mənfəət və ümumi qarışıq gəlirlər



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə159/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   262
2-ci movzu demoqrafiya

Ümumi mənfəət və ümumi qarışıq gəlirlər 
- ümumi əlavə gəlirdən 
muzdlu işçilərin əməyinin ödənilməsi ilə əlaqədar xərclər, habelə 
istehsala və idxala görə ödənilən vergilər çıxıldıqdan sonra istehsalçıların
274
əlində qalan gəlirdir. Bu maddə ümumi mənfəəti (qarışıq gəlirləri), 
əməyin ödənilməsini, istehsala və idxala görə müəyyən edilmiş vergiləri
istehsala və idxala görə ödənilən subsidiyaları, mülkiyyətdən əldə edilmiş 
gəlirləri əhatə edir. Ev təsərrüfatlarına məxsus olan, lakin heç bir 
korporasiyaya daxil olmayan müəssisələrdə onun üzvlərinə ödənilməyən 
əmək məsrəfləri ola bilər. Lakin bunlar görülən iş üçün haqq verilməsini 
xatırladır və sahibkarın gəlirindən əlahiddələşə (ayrıla) bilməz. 
Buna
qarışıq gəlirlər deyilir. 
Bu, əhalinin şəxsi həyətyanı təsərrüfatlarından 
əldə etdiyi, habelə kiçik fərdi sahibkarların gəlirlərindən ibarətdir. 
Ümumi mənfəət və qarışıq gəlirlər istehlak olunmuş əsas kapitalın dəyəri 
çıxılmadan müəyyən edilir. Ümumi mənfəətdən və ümumi qarışıq 
gəlirdən istehlak olunmuş əsas kapitalın dəyəri çıxıldıqda 
xalis mənfəət
və xalis qarışıq gəlirlər almır.
Beləliklə, ÜDM-i hesablamaq üçün bölgü metodundan da istifadə 
olunur. Lakin qeyd etmək lazımdır ki, bu, əsas metod deyildir. Çünki 
qəbul edilmiş metodologiyaya uyğun olaraq bütün gəlir göstəriciləri 
birbaşa hesablama yolu ilə əldə edilmir. Onlardan bəziləri (məsələn, 
ümumi qarışıq gəlirlər) balans metodu ilə hesablanır.
ÜDM-in gəlir mənbələri üzrə formalaşması istehsalda bilavasitə 
iştirak edən iqtisadi vahidlərin, habelə dövləti idarəetmə orqanlarının 
(büdcə təşkilatlarının) və ev təsərrüfatlarına xidmət edən qeyri-kommer­
siya təşkilatlarının əldə etdikləri ilkin gəlirləri əks etdirir. Bu metodla 
hesablanan ümumi mənfəət (ümumi qarışıq gəlirlər) - yəni ÜM və ÜQG 
- balanslaşdırıcı (tarazlaşdırıcı) maddə hesab olunur, bazar qiymətləri və 
istehsal metodu ilə hesablanan ÜDM-lə muzdlu işçilərin əməyinin 
ödənilməsi (ƏÖ), istehsala və idxala qoyulan xalis vergilər (tİQXV) 
arasındakı fərq kimi müəyyən edilir:
ÜDM - ƏÖ +TİQXV + ÜM (ÜQG)
Lakin bu metoddan ÜDM-in normal həcmini, yaxud da dinamikasını 
müəyyən etmək üçün deyil, yalnız ÜDM-in dəyərcə quruluşunu təhlil et­
mək üçün istifadə oluna bilər. Digər tərəfdən müxtəlif əsaslarla hesab­
lanan ÜDM göstəricisi kəmiyyətcə bir-birinə uyğun gəlməyə bilər. Bu, 
daim inkişaf etməkdə olan statistika metodologiyasının təkmil olmaması 
və toplanan məlumatların iqtisadi əməliyyatların məzmununu dəqiq əks 
etdirməməsi ilə əlaqədardır. Müxtəlif metodlarla hesablanan ÜDM-in bir- 
birinə uyğun gəlməməsi öz əksini «statistik fərq» göstəricisində tapır.
Statistika işləri təcrübəsində ÜDM-in bölgü üsulu ilə hesablanması bir
275


o qədər də geniş yayılmamışdır. Bu, onun spesifik xüsusiyyətləri ilə 
əlaqədardır. Bu, ondan ibarətdir ki, onun tərkib hissələrindən biri (ümumi 
mənfəət və ümumi qarışıq gəlirlər) gəlirlərin əmələ gəlməsi hesabınm 
balanslaşdırıcı maddəsidir və qalıq metodu, başqa sözlə, ÜDM-lə ilkin 
gəlirlərin digər tərkib hissələri (əməyin ödənilməsi, istehsala və idxala 
görə alman vergilər) arasındakı fərq kimi hesablanır.
Beləliklə, ÜDM-in hesablanmasının istehsal və son istifadə metod­
larından fərqli olaraq bölgü metodu “asılı” xarakter daşıyır. Aydın 
məsələdir ki, lazım gəldikdə ümumi mənfəəti və ümumi qarışıq gəlirləri 
xüsusi metodla hesablamaq olar. Bunun üçün müəssisənin mühasibat 
balansındakı məlumatları təshih etmək lazımdır. Lakin bu, olduqca çətin 
məsələdir. Bütün bunlara görədir ki, ÜDM-in hesablanmasının bölgü 
metodunun tətbiq dairəsi məhduddur.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin