Ümumi buraxılışın aşağıdakı növləri vardır: 1 ) bazar üçün ümumi
məhsul buraxılışı; 2) özünün son istehlakı (istifadəsi) üçün istehsal
olunan məhsullar; 3) digər qeyri-bazar məhsulları.
Bazar üçün istehsal olunan məhsullara aşağıdakılar daxildir: - satış, yaxud da barter yolu ilə iqtisadi cəhətdən sərfəli qiymətlərlə
reallaşdırılan əmtəə və xidmətlər;
- işçilərə əmək haqqı olaraq natura formasında verilən əmtəə və xid
mətlər;
- müəssisənin bir struktur bölməsində (müstəqil balansa malik, yaxud
da ayrıca uçot vahidi olan bölmədə) istehsal olunan və həmin dövrdə,
yaxud da gələcəkdə özündəki başqa bir struktur bölməsinə göndərilən
(məsələn, müəssisənin yardımçı təsərrüfatında istehsal olunan və həmin
müəssisəyə məxsus yeməkxanaya, uşaq müəssisələrinə, istirahət evlərinə
verilən) əmtəə və xidmətlər;
- istehsalçının maddi dövriyyə vəsaitləri ehtiyatına daxil edilən və yu
xarıda göstərilən bütün məqsədlər - birinci növbədə bazar üçün nəzərdə
262 tutulan hazır məhsul və bitməmiş istehsal.
Özünün son istehlakı (istifadəsi) üçün istehsal olunan məhsullara
iqtisadi vahidlərin özlərinin son istehlakı, yaxud da yığım üçün istehsal
olunan (məsələn, fermer, kəndli, yaxud da əhalinin həyətyanı təsərrüfat
larında bu məqsəd üçün istehsal olunmuş kənd təsərrüfatı və digər
məhsullar; təsərrüfat üsulu ilə həyata keçirilən tikinti; özünün xüsusi
mənzilində yaşaması üçün özünün özünə göstərdiyi xidmətlər; ev
qulluqçularının haqqı ödənilən xidmətləri və i. a.).
Digər qeyri-bazar məhsullarına aşağıdakılar daxildir: - bütövlükdə cəmiyyətə göstərilən xidmətlər də daxil olmaqla (məsə
lən, pulsuz təhsil və tibbi xidmət, dövləti idarəetmə orqanları və ölkənin
müdafiəsi ilə əlaqədar xidmətlər və i. a.) pulsuz, yaxud da bir o qədər də
iqtisadi əhəmiyyəti olmayan qiymətlərlə digər institusional vahidlərə
verilən əmtəə və xidmətlər;
-isteh sal prosesində istifadə olunmaq üçün qeyri-bazar məhsulları
istehsalçılarına məxsus bir müəssisənin (məsələn, büdcə təşkilatlarına
məxsus olub, kadrların ixtisasının artırılması ilə
məşğul olan tədris
müəssisələrinin xidməti) digər müəssisəyə verdiyi əmtəə və xidmətlər;
- qeyri-bazar istehlakı üçün nəzərdə tutulan və istehsalçının maddi