Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


9.4. Ümumi daxili məhsulun bölgü metodu ilə hesablanması



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə156/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   262
2-ci movzu demoqrafiya

271


9.4. Ümumi daxili məhsulun bölgü metodu ilə hesablanması
ÜDM-i bölgü metodu ilə hesablamaq üçün onun tərkibinə institusional 
istehsal vahidləri - rezidentlər tərəfindən ödənilən aşağıdakı ilkin gəlir 
növləri daxil edilir: 1) muzdlu işçilərin əməyinin ödənilməsi; 2) istehsala 
və idxala görə alınan xalis vergilər (istehsala və idxala görə ödənilən 
vergilərdən verilmiş subsidiyalar çıxılmaqla); 3) ümumi mənfəət və 
ümumi qarışıq gəlirlər.
Muzdlu işçilərin əməyinin ödənilməsi dedikdə, hesabat dövründə 
yerinə yetirilmiş işin müqabilində işverənlərin natura və pul formasında 
muzdlu işçilərə ödəməli olduqları haqq nəzərdə tutulur. 
Əməyin ödə­
nilməsinin özü də iki hissədən ibarətdir: 1
) əmək haqqı; 2) işverənlər 
tərəfindən ödənilən sosial sığortaya ayırmalar.
Əmək haqqı - maliyyələşdirilmə mənbəyindən asılı olmayaraq verilən 
mükafat və əlavələr də daxil olmaqla natura və pul formasında hesab­
lanan bütün ödəmələrdən (qanunvericiliyə uyğun olaraq işçilərə 
işləmədikləri iş günləri - növbəti məzuniyyət, bayram günləri və i. a. -
müqabilində verilən ödəmələr də daxil olmaqla) ibarətdir. 
Əmək haqqı
vergilər və muzdlu işçilərdən tutulan digər məbləğlər çıxılana qədər
hesablanan məbləğdir. 
Həm də bu zaman rezident müəssisə və təşkilat­
ların işçilərə ödədikləri əmək haqqı nəzərdə tutulur.
Sosial sığortaya ayırmalar işverənlər tərəfindən həyata keçirilir. 
Burada məqsəd muzdlu işçilərə gələcəkdə sosial yardım göstərməkdən 
ibarətdir. Sosial yardım isə dövlət sosial sığorta orqanları, dövlət və qey­
ri-dövlət pensiya fondları, sığorta təşkilatları, ev təsərrüfatlarının işverən- 
ləri tərəfindən həyata keçirilir. Bunlar bir qayda olaraq ev təsər­
rüfatlarının gəlirlərinin azalmasına gətirib çıxarır və aşağıdakılardan 
ibarətdir:
1) xəstələnmə, zədələnmə, uşaq doğulması, əlillik, qocalıq və s. sə­
bəblər nəticəsində müalicəyə tələbatın olması;
2) himayədə olan şəxslərin (ər və ya arvadın, uşaqların, ahıl qohum­
ların, əlillərin və i.a.) saxlanmasının zəruriliyi;
3) pensiyaya çıxmaq, işsiz qalmaq, xəstələnmək, zədələnmək, uşaq 
doğulması nəticəsində ümumiyyətlə, yaxud da tam olmayan iş günü 
ərzində işləməyin mümkünsüzlüyü;
4) ailə başçısının vəfat etməsi;
5) təhsil almağa çəkilən xərclərin ödənilməsinin zəruriliyi;
6) az gəlirli ev təsərrüfatlarının (pensiyaçılar, çoxuşaqlı ailələr və 
i.a.) mənzil haqqının ödəyə bilmələrinin mümkünsüzlüyü.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin