Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


İstehsal və idxala görə alman vergilər iki yerə bölünür



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə158/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   154   155   156   157   158   159   160   161   ...   262
2-ci movzu demoqrafiya

İstehsal və idxala görə alman vergilər iki yerə bölünür. 
Bunlardan 
birindən - məhsullara görə müəyyən edilmiş vergilərdən bu fəsildə artıq 
bəhs olunmuşdur. İstehsala görə alman digər vergilərə istehsal amillə­
rindən istifadə, habelə lisenziyalar və hər hansı bir fəaliyyət növü ilə məş­
ğul olmaq üçün icazə verilməsi, yaxud da fəaliyyəti istehsal vahidləri -
rezidentlər üçün zəruri olan digər məcburi tədiyələr daxildir. Bu tədiyələr 
istehsal prosesində istifadə olunan torpağa, istehsal vasitələrinə, işçi 
qüvvəsinə, yaxud da müəyyən bir fəaliyyət növünü və ya əməliyyatı 
həyata keçirmək hüququna görə ödənilə bilər. İstehsala görə müəyyən 
olunan digər vergilər müəssisənin əldə etdiyi mənfəətə, yaxud da digər 
gəlirlərə görə alman vergilərə daxil edilmir. Belə vergilər istehsalın 
rentabelliyindən asılı olmayaraq dövlət büdcəsinə ödənilməlidir.
Subsidiya 
- əmtəə və xidmətlərin istehsalı, satışı və idxalı, habelə 
müəyyən bir iqtisadi və sosial siyasətin həyata keçirilməsi üçün istehsal 
amillərindən istifadə edilməsi ilə əlaqədar olaraq dövlət tərəfindən müəs­
sisələrə əvəzsiz və qaytarılmamaq şərtilə verilən tədiyələrdir. Subsidi­
yalar məhsullara və istehsala görə verilən digər subsidiyalara bölünür. 
Məhsullara görə verilən subsidiyalar bu fəsildə bir qədər ətraflı nəzərdən 
keçirilmişdir. Müəssisələr istehsala görə digər subsidiyaları dövləti 
idarəetmə orqanlarından istehsal amillərindən istifadə ilə əlaqədar olaraq 
alırlar. Bunlara aşağıdakılar aiddir:
1) xüsusi şəxslər kontingentinin (əlillər, yeniyetmələr) əməyindən 
istifadə edilməsi ilə əlaqədar olaraq ödənilən subsidiyalar;
2) digər istehsal amillərindən istifadə edilməsi ilə əlaqədar olaraq 
ödənilən subsidiyalar (məsələn, hər hansı bir xammal, enerji növündən 
istifadə edilməsinin stimullaşdırılması üçün);
3) ətraf mühitin çirklənməsinin azaldılması (məsələn, istehsal tullan­
tılarının əlavə emalına sərf olunan xərclərin ödənilməsi) üçün subsidi­
yalar.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin