o qədər də geniş yayılmamışdır. Bu, onun spesifik xüsusiyyətləri ilə
əlaqədardır. Bu, ondan ibarətdir ki, onun tərkib hissələrindən biri (ümumi
mənfəət və ümumi qarışıq gəlirlər) gəlirlərin əmələ gəlməsi hesabınm
balanslaşdırıcı maddəsidir və qalıq metodu, başqa sözlə,
ÜDM-lə ilkin
gəlirlərin digər tərkib hissələri (əməyin ödənilməsi, istehsala və idxala
görə alman vergilər) arasındakı fərq kimi hesablanır.
Beləliklə, ÜDM-in hesablanmasının istehsal və son istifadə metod
larından fərqli olaraq bölgü metodu “asılı” xarakter daşıyır. Aydın
məsələdir ki, lazım gəldikdə ümumi mənfəəti və ümumi qarışıq gəlirləri
xüsusi metodla hesablamaq olar. Bunun
üçün müəssisənin mühasibat
balansındakı məlumatları təshih etmək lazımdır. Lakin bu, olduqca çətin
məsələdir. Bütün bunlara görədir ki, ÜDM-in hesablanmasının
bölgü
metodunun tətbiq dairəsi məhduddur.
Dostları ilə paylaş: