istehlak isə 23780,2 mln. manata bərabər olmuşdur.40 Düsturda rəqəmləri
yerinə yazmaqla ölkəmizdə 2012-ci ildə istehsal edilmiş ÜƏD-i aşağıdakı
kimi hesablamaq olar:
ÜƏD = ƏXÜB - Aİ = 74455,2 - 23780,2 = 50675 mln. manat.
ÜDM-i istehsal metodu ilə iqtisadiyyatın bütün sahələrində yaradılmış
əlavə dəyəri cəmləmək yolu ilə də hesablamaq olar. Bu isə o deməkdir ki,
əsas qiymətlərlə ÜDM əsas qiymətlərlə iqtisadiyyatın bütün sahələrində
yaradılmış əlavə dəyərin cəminə bərabər olmalıdır. Bunu belə ifadə etmək
olar:
Əsas qiymətlərlə ÜDM = Əsas qiymətlərlə I ÜƏD
Ayrı-ayrı sahələrdə yaradılmış əlavə dəyərin ümumi kəmiyyətinin
hesablanması üçün istifadə olunan əsas qiymətlər dedikdə, məhsullara
qoyulan vergilərin daxil edilmədiyi, lakin subsidiyaların daxil edildiyi
qiymətlər nəzərdə tutulur. ÜDM-i bazar qiymətləri ilə hesablamaq üçün
subsidiyalar çıxılmaqla ÜƏD-in üzərinə məhsullara və idxala görə alman
vergiləri əlavə etmək lazımdır:
Bazar qiymət-
Məhsullara və id-
Məhsullara və idxala
ləri ilə ÜDM
= L ÜƏD - xala görə verilən +
görə alman vergilər
subsidiyalar
Azərbaycan Respublikasında 2011-ci ildə əsas qiymətlərlə 49026,0
mln. manatlıq ÜƏD yaradılmış, məhsullara və idxala görə 127,0 mln.
manatlıq subsidiya verilmiş, məhsullara və idxala görə 3460,0 mln.
manatlıq vergi alınmışdır. Düsturda rəqəmləri yerinə yazmaqla
ölkəmizdə 2011-ci ildə əsas qiymətlərlə yaradılmış ÜDM-i aşağıdakı
kimi hesablamaq olar:
ÜDM - 49026,0 - 127,0 + 3460,0 - 52359,0 mln. manat.
ÜDM-in istehsal metodu ilə hesablanması ölkədə gedən prosesləri
təhlil etməyə, son məhsulun yaradılmasında hər sahənin və ya bölmənin
rolunu aydınlaşdırmağa, iqtisadiyyatın sahə strukturunu müəyyənləş
dirməyə imkan verir.
40 Azərbaycanın statistik göstəriciləri, 2013. Bakı, “Səda” nəşriyyatı. 2013. s. 375.
Dostları ilə paylaş: