Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Ölkənin iqtisadi ərazisi onun coğrafi ərazisindən fərqlənir



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə146/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   142   143   144   145   146   147   148   149   ...   262
2-ci movzu demoqrafiya

259


Ölkənin iqtisadi ərazisi onun coğrafi ərazisindən fərqlənir. 
Milli 
hesablar sistemində iqtisadi əraziyə dövlətin inzibati idarəçiliyi altında 
olan və əhalinin, əmtəə və kapitalın sərbəst hərəkətinə imkan verən ərazi 
daxildir. Hava yolları, ərazi suları və beynəlxalq sulardakı kontinental 
şelflər də iqtisadi əraziyə aid edilir. Başqa ölkələrdəki “ərazi anklavları” 
da iqtisadi ərazi hesab olunur. Bu, başlıca olaraq başqa ölkənin ərazisində 
yerləşən, lakin həmin ölkənin icarə və ya mülkiyyət hüquqi ilə elmi, dip­
lomatik və digər məqsədlər üçün istifadə olunan torpaq sahəsidir. Ank- 
lavlarda ölkənin xarici səfirlikləri, konsulluqları, ticarət və başqa nüma­
yəndəlikləri yerləşdirilə bilər. Başqa ölkələrin və beynəlxalq təşkilatların 
ərazi anklavları onların yerləşdikləri ölkənin iqtisadi ərazisinə daxil edil­
mir. Korporasiyalar və qeyri-kommersiya təşkilatları hansı ölkədə yara­
dılıb və qeydə alınıblarsa, həmin ölkənin rezidenti hesab olunurlar. Kor­
porasiyaların uzun müddət xaricdə fəaliyyət göstərən şöbələri, ofisləri, 
istehsal sahələri yerləşdikləri ölkənin rezidentləri hesab olunurlar.
Nəhayət 
ÜDM ümumi məhsuldur. 
Çünki o, istehlak olunmuş əsas 
kapitalla birlikdə hesablanır. Əsas kapitalın istehlakı dedikdə, hesabat 
dövründə onun tərkib ünsürlərinin (binaların, tikililərin, maşın və 
avadanlıqların və s.) fiziki və mənəvi aşınması nəzərdə tutulur.
Daxili məhsul nəzəri cəhətdən istehlak olunmuş əsas kapitalın dəyəri 
çıxılmaqla, xalis formada hesablanmalıdır. Deməli, ÜDM-dən istehlak 
olunmuş əsas kapitalın dəyəri çıxıldıqda 
xalis daxili məhsul (XDM)
almır. Lakin MHS-nin prinsiplərinə uyğun olaraq istehlak olunmuş əsas 
kapitalın dəyərini müəyyən etmək təsəvvür olunduğu qədər də asan 
məsələ deyildir. Çünki əsas kapitalın istehlakı haqqında mühasibat 
uçotunun məlumatları MHS-nin tələblərinə cavab vermir. Ona görə ki, 
əsas kapital MHS-də tövsiyə olunan bərpa dəyəri ilə deyil, bir qayda 
olaraq tam ilk dəyərlə qiymətləndirilir və amortizasiya ayırmaları da buna 
əsasən hesablanır. Digər tərəfdən, ölkələrin hamısı belə bir hesablama 
aparmır, aparanlar isə müxtəlif metodlardan istifadə edirlər. Bütün 
bunlara görə ölkələr arasında müqayisə aparmaq üçün ÜDM-dən istifadə 
olunması daha məqsədəuyğundur.
Odur ki, ÜDM-dən beynəlxalq miqyasda istehsalın həcminin, əhalinin 
həyat səviyyəsinin, iqtisadi artım sürətinin hesablanmasında, habelə bir 
sıra göstəricilərin səviyyəsinin (dövlət büdcəsi kəsirinin, yaxud da 
təhsilin, səhiyyənin saxlanması və inkişaf etdirilməsinə, ölkənin müda­
fiəsi üçün ayrılan xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi və i. a.) 
müəyyən edilməsində istifadə olunur. Ona görə də BMT, BVF, Dünya 
Bankı, AYIB və dünyanın digər nüfuzlu qurumları ölkələr arasında
260
müqayisə apararkən bu göstəricidən istifadə olunmasını tövsiyə edirlər.
Aydın məsələdir ki, ölkə öz iqtisadiyyatını qapalı şəkildə inkişaf etdir­
səydi, başqa sözlə, digər ölkələrlə heç bir əlaqə yaratmasaydı, onlarla 
əməkdaşlıq etməsəydi, onda ÜDM rezidentlərin istehsaldan əldə etdikləri 
ümumi gəlirin cəminə bərabər olardı. Lakin hər bir ölkə dünyanın digər 
ölkələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, daha dəqiq desək, digər 
ölkələrdən bu və ya digər formada gəlir əldə edir və öz gəlirlərinin bir 
hissəsini onlara verir. Bütün bu gəlirlər nəzərə alındıqda ümumi milli 
gəlir (ÜMG) hesablanmış olur. Bir zamanlar bu, ümummilli məhsul 
adlandırılırdı. Lakin qeyd etmək lazımdır ki, rezidentlərin istehsalda 
iştirakdan və sahibi olduqları mülkiyyətdən əldə etdikləri ilkin gəlirlərin 
toplusu kimi bu, onun mahiyyətini düzgün əks etdirmirdi. Odur ki, MHS- 
nin 1993-cü il variantında onun ümumi milli gəlir (ÜMG) adlandırılması 
tövsiyə olunur.
Beləliklə, MHS-də ümumi daxili məhsul (ÜDM), xalis daxili məhsul 
(XDM), ümumi milli 
gəlir (ÜMG) və xalis milli 
gəlir (XMG) 
kateqoriyalarından istifadə olunur. Bunların arasında qarşılıqlı əlaqə 
vardır və onu aşağıdakı kimi ifadə etmək olar:
ÜDM -
istehlak edilmiş əsas 
kapitalın dəyəri
= XDM
ÜDM +
qalan dünyadan əldə 
edilən ilkin gəlirlərin 
qalığı
= ÜMG
XDM +
qalan dünyadan əldə 
edilən ilkin gəlirlərin 
qalığı
= XMG
ÜMG 
-
istehlak edilmiş əsas 
kapitalın dəyəri
= XMG

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin