Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Ümumi daxili məhsulun istehsal metodu ilə hesablanması



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə147/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   143   144   145   146   147   148   149   150   ...   262
2-ci movzu demoqrafiya

9.2. Ümumi daxili məhsulun istehsal metodu ilə hesablanması
Ümumi daxili məhsul aşağıdakı üç metodla hesablanır: 1) istehsal 
metodu; 2) son istifadə metodu; 3) bölgü metodu.
ÜDM-i istehsal metodu ilə hesablamaq üçün sahələr, yaxud da böl­
mələrdə fəaliyyət göstərən bütün istehsal vahidlərində yaradılmış əlavə 
dəyər haqqında məlumatlar cəmlənir. Ümumi əlavə dəyər istehsal edilmiş 
əmtəələrin və göstərilmiş xidmətlərin (ümumi buraxılış) dəyəri ilə isteh­
261


sal prosesində tamamilə istehlak olunmuş əmtəə və xidmətlərin (aralıq 
istehlak) dəyəri arasındakı fərq kimi hesablanır. Ümumi buraxılış dedik­
də, nəzərdən keçirilən dövrdə iqtisadi vahidlər (rezidentlər) tərəfindən is­
tehsal olunmuş əmtəə və xidmətlərin dəyəri nəzərdə tutulur. MHS-də 
müəyyən olunduğu kimi, 
ümumi buraxılış 
anlayışına aşağıdakılar 
daxildir:
- hansı məqsəd üçün istifadə edilməsindən asılı olmayaraq bütün əm­
təələr (həm özünün istehsalı olmayan məhsullardan başqa iqtisadi vahid­
lərə göndərilmiş əmtəələr, həm də istehsalçının maddi dövriyyə vəsaitləri 
ehtiyatının artımı da daxil olmaqla özünün son istehlakı, yaxud da yığım 
üçün istehsal edilmiş məhsullar);
- digər institusional iqtisadi vahidlərə göstərilən xidmətlər, xüsusilə 
də dövləti idarəetmə orqanları və qeyri-kommersiya xidmətləri;
- e v təsərrüfatlarının özlərinin öz mənzillərinə xidmət etmələri və 
muzdla tutulmuş ev qulluqçularının göstərdikləri xidmətlər. Ev təsərrü­
fatlarının üzvü olan şəxslərin bir-birilərinə göstərdikləri pulsuz ev xid­
mətləri (yeməyin hazırlanması, paltarın yuyulması, evin təmizlənməsi, ev 
avadanlıqlarının təmiri və i.a.) MHS-də istehsal dairəsinə daxil edilmir.
Məlum olduğu kimi, elə sahələr və fəaliyyət növləri vardır ki, onlar 
heç bir statistik hesabatda öz əksini tapmır. Buna statistikada “nəzarət 
oluna bilməyən iqtisadiyyat” deyilir. Birbaşa nəzarət oluna bilməyən iqti­
sadi fəaliyyətin bütün növləri xüsusi metodların köməyilə qiymətləndirilir 
və əmtəə və xidmətlərə daxil edilir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin