Cədvəl 8.6 “Natura formasında olan gəlirlərin təkrar bölgüsü” Ehtiyatlar İstifadə 1) Sərəncamda qalan gəlir
2) Natura formasında sosial transfertlər
(alınmış)
3) N atura formasında sosial transfertlər
(verilm iş)
4) Təshih olunmuş sərəncam da qalan
gəlir
fl + 2 - 3 )
Ehtiyatların cəmi
İstifadənin cəmi
MHS-nin hesablarının biri də “Sərəncamda qalan təshih olunmuş
gəlirlərdən istifadə hesabf’dır. Ev təsərrüfatlarının sərəncamında qalan
gəlirə onların natura formasında aldıqları sosial transfertləri əlavə etdikdə
MHS-nin daha bir ümumiləşdirici göstəricisi - ev təsərrüfatlarının sərən
camında qalan təshih olunmuş gəlir qalır. Beləliklə, ev təsərrüfatlarının
sərəncamına keçən bütün daxilolmalar onların istehlak və qənaət etmək
imkanlarını müəyyən edir. Sərəncamlarında qalan təshih olunmuş gəlir
göstəricisi əhalinin həyat səviyyəsində (xüsusilə do iqtisadiyyatın
kommersiyalaşdığı şəraitdə) baş verən dəyişiklikləri təhlil etmək üçün
lazımdır.
Dövləti idarəetmə orqanlarının və ev təsərrüfatlarına xidmət edən
qeyri-kommersiya (ictimai) təşkilatlarının sərəncamlarında qalan təshih
olunmuş gəlirləri bu bölmələrin malik olduqları sərəncamda qalan gəlir
lərdən natura formasında ev təsərrüfatlarına verilmiş sosial transfertlər
çıxıldıqdan sonra yerdə qalan gəlirə bərabərdir. Beləliklə, iqtisadiyyatın
bütün bölmələrinin sərəncamlarında qalan təshih olunmuş gəlirlərin cəmi
onların sərəncamlarında qalan gəlirlərin cəminə bərabərdir. Sərəncam
larında qalan təshih olunmuş gəlirdən istifadə olunması xüsusi hesabda
əks etdirilir ki, onun da sxemi 8.7 cədvəlində göstərildiyi kimidir.
240 Cədvəl 8.7 “Sərəncamda qalan təshih olunmuş gəlirlərdən istifadə hesabı” Ehtiyatlar İstifadə 1) Sərəncamda qalan təshih olunmuş gəlir 2) Faktiki son istehlak
3) Qənaət (1-2)
Ehtiyatların cəmi
İstifadənin cəmi
Məlum olduğu kimi, faktiki son istehlaka aşağıdakılar daxildir: son
istehlak xərcləri üstəgəl (çıxılsın) natura formasında alınmış (verilmiş)
sosial transfertlər. Ev təsərrüfatlarının faktiki son istehlakını müəyyən
etmək üçün ev təsərrüfatlarının son istehlak xərclərinin üzərinə dövləti
idarəetmə orqanlarından və ev təsərrüfatlarına xidmət edən qeyri-kommer
siya təşkilatlarından natura formasında alınmış sosial transfertləri gəlmək
lazımdır. Dövləti idarəetmə orqanlarının faktiki son istehlak xərcləri son
istehlak xərclərindən natura formasında ev təsərrüfatlarına verilmiş sosial
transfertləri çıxmaq yolu ilə hesablanır. Digər bölmələrdə faktiki son
istehlak, korporasiyalar bölməsində isə (maliyyə və qeyri-maliyyə)
ümumiyyətlə son istehlak xərcləri olmur. Ev təsərrüfatlarına xidmət edən
qeyri-kommersiya təşkilatlarında son istehlak xərcləri olur. Lakin məlum
olduğu kimi, onların hamısı fərdi son istehlak xərcləri hesab edilir. Bu isə
o deməkdir ki, bu təşkilatların faktiki son istehlakı sıfıra bərabərdir.
MHS-də belə bir bərabərlik də vardır: ev təsərrüfatları və dövləti
idarəetmə orqanları bölmələrindəki faktiki son istehlakın cəmi onların hər
ikisinin son istehlak xərcləri ilə ev təsərrüfatlarına xidmət edən qeyri-
kommersiya təşkilatlarının son istehlak xərclərinin cəminə bərabərdir.
Başqa sözlə, bütövlükdə iqtisadiyyat üzrə son istehlak xərclərinin cəmi
faktiki son istehlakın cəminə bərabərdir. Hesabın tarazlaşdırıcı maddəsi
qənaətdir. O, sərəncamda qalan gəlirdən istifadə hesabının tarazlaşdırım
maddəsinə uyğun gəlir.
“Kapital ilə əməliyyatlar hesabf’nm forması aşağıdakı kimidir (cədvəl
8.8.). Bu hesabı açmaqda məqsəd investisiyaların maliyyələşdirilməsi mən
bələrini və onlardan müxtəlif növ kapital xərcləri üçün istifadə olunmasını
göstərməkdən ibarətdir. Kapital xərclərinin maliyyələşdirilməsinin əsas
mənbəyi qənaətdir. Maliyyələşdirmənin başqa bir mənbəyi kapital transfer
ləridir. Bunlara birdəfəlik yenidən bölgü ödəmələri - müəssisələrin dövlət
büdcəsindən maliyyələşdirilməsi, keçmiş illərdən qalmış borcların bağışla
nılması və s. - aiddir.